Logo

Zelenski NATO sammitindən ŞİKAYƏTLƏNDİ: "Kölgədə qalıb..."

Zelenski NATO sammitindən ŞİKAYƏTLƏNDİ: "Kölgədə qalıb..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna lideri Volodimir Zelenski NATO sammiti ilə bağlı şikayətlərini səsləndirib.

Sfera.az bildirir ki, bu barədə o, “X” sosial şəbəkəsində mesaj yayımlayıb.

“ABŞ-də keçirilən prezident seçkiləri səbəbindən insanlar NATO-nun sammitinə və alyansın tarixi genişlənməsinə diqqət yetirmirlər”, -  Zelenski bildirib.

Ukrayna lideri sammitin media oqranlarında da yaxşı işıqlandırılmadığından şikayətlənib: “NATO-nun yubiley sammiti barədə məlumatlar noyabrda keçirilməsi gözlənilən seçkilərlə müqayisədə mediada az görünür. Deyəsən, sammit başqa hekayənin kölgəsində qalıb”, - o qeyd edib.

Xatırladaq ki, iyulun 9-da Vaşinqtonda NATO sammiti başlayıb.

Günay 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR