Belarus və Çin birgə təlimlər KEÇİRƏCƏK - BƏYANAT

Belarus və Çin birgə təlimlər KEÇİRƏCƏK - BƏYANAT

Belarus və Çin iyulun 8-dən 19-dək Polşa sərhədindəki Brest şəhəri yaxınlığında birgə antiterror təlimləri keçirəcək.

 

Sfera.az bildirir ki, bu barədə Belarus Müdafiə Nazirliyi bəyanat yayıb.

 

“Çin ordusunun əsgərləri Belarus Respublikasına gəliblər. Əsgərlər iyulun 8-19-da keçiriləcək birgə terrorla mübarizə təlimində iştirak edəcəklər. Birgə təlim təcrübə mübadiləsinə, Belarus və Çin qoşunlarının uyğunlaşdırılmasına və qoşunların birgə hazırlanması sahəsində iki ölkə əlaqələrinin inkişafı üçün zəmin yaradılmasına imkan verəcək”, - məlumatda bildirilib.


“Qartal hücumu-2024” adlı təlimlə bağlı Çin Xarici İşlər Nazirliyi isə bunları qeyd edib: “Bu birgə təlim terrorla mübarizə əməliyyatlarının həyata keçirilməsinə əsaslanır. İki tərəf iştirakçı bölmələrin təlim səviyyəsi, koordinasiya qabiliyyətini yaxşılaşdırmaq və iki ordu arasında praktiki əməkdaşlığı dərinləşdirmək məqsədi ilə qarışıq təlim rejimi qəbul edəcək”. 

 

Günay 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...