“Bu görüşün Şuşada keçirilməsi tarixi hadisədir” – ŞƏRH

“Bu görüşün Şuşada keçirilməsi tarixi hadisədir” – ŞƏRH

Türk Dövlətləri Təşkilatının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşünün Azərbaycan Respublikasının təşəbbüsü ilə Şuşada keçirilməsi tarixi hadisədir.

 

Sfera.az xəbər verir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib.

 

Tədbirə qatılan çoxsaylı qonaqlar, dövlət başçıları işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən böyük quruculuq işləri ilə yaxından tanış olublar. Onu da unutmaq olmaz ki, dünyanın iqtisadi-siyasi arxitekturasının yaranmasında geniş bir coğrafiyanı əhatə edəcək Türk Dövlətləri Təşkilatının əməkdaşlıq hədəfləri həlledici vasitəyə çevrilir. Heç kimə sirr deyil ki, vaxtilə Türk dövlətlərinin geniş birliyindən danışmaq mümkünsüz idi. Bu gün həmin ideya heç bir dövlətə qarşı yönəlməyən, yalnız regiona rifah gətirəcək, inkişafı və təhlükəsizliyi təmin edəcək əlverişli modelə çevrilib”.

 

Ə. Baydəmirli qeyd edib ki, bu innovativ və strateji cəhətdən əhəmiyyətli layihənin əsas təşəbbüskarları Türkiyə və Azərbaycandır.

 

"Gələcəkdə bu istiqamətdəki layihələrdə bir çox qeyri-türk dövlətlərinin iştirak edəcəyi şübhəsizdir. Hazırda inkişafa, sabitliyə və təhlükəsizliyə hədəflənən güc mərkəzinin formalaşması alqışlanmalıdır. Digər tərəfdən, bu gün bir çox dövlətlərin ərazisində yaşayan etnik türklərın TDT ilə əlaqələri effektli deyil. Böyük ehtimalla onların da gələcəkdə bu qlobal güc mərkəzindən faydalanması mümkündür. Türk coğrafiyasının genişlənməsi qarşıdurmaya deyil, dünyada sabitliyə, inkişafa hədəflənib. Müxtəlif dövlətlərin, hər hansı qüvvələrin belə pozitiv ideyalardan əndişələnməsinə, narahatlıq keçirməsinə əsas yoxdur”.

 

Ülkər Aburahmanlı

 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...