Azərbaycan NATO-nun yubiley sammitinə qatılacaq? - ŞƏRH

Azərbaycan NATO-nun yubiley sammitinə qatılacaq? - ŞƏRH

Xəbər verdiyimiz kimi, iyulun 9-dan 11-dək Vaşinqtonda NATO-nun yubiley sammiti keçiriləcək. Sammitə dəvətlilər sırasında Azərbaycan və Ermənistan da var. Ermənistan iştirakını təsdiqləyib, Azərbaycan isə hələ rəsmi cavab verməyib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şükürlü deyib ki, hazırda Qərblə əməkdaşlıq tərəfdarı olanlar Azərbaycanın sammitə qatılmasının vacibliyini bildirsələr də, rəsmi Bakının bu tədbirdə iştirakdan imtinası üçün kifayət qədər ciddi əsasları mövcuddur:

 

“Hər şeydən əvvəl, sammitin gündəliyindən məlum olur ki, NATO bu tədbirini növbəti dəfə Rusiya və Çin əleyhinə böyük bir təbliğat aksiyasına çevirməyi planlaşdırır. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin 22 fevralında Rusiya Prezidenti Putinlə imzaladığı “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannmə”, eləcə də 3 iyul 2024-cü ildə Çin Xalq Respublikasının sədri Si Cinpinlə imzaladığı “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannmə” isə rəsmi Bakının Rusiya və Çin əleyhinə təşkil edilmiş belə tədbirlərdə iştirakını əngəlləyir”.

 

Ekspert Rusiya ilə imzalanmış sənədin 7-ci maddəsini xatırladıb:

 

“Burada qeyd olunub: “Rusiya Federasiyası və Azərbayan Respublikası tərəflərdən birinin fikrincə, iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar”.

 

Rusiya XİN isə Azərbaycan və Ermənistanın NATO sammitinə dəvətini “qonşu və dost ölkələri Rusiyadan uzaqlaşdırmaq” və “amerikalıların öz dağıdıcı təsirlərini dünyanın hər bir bölgəsinə yaymaq cəhdi” kimi qiymətləndirib.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...