"Cənubi Qafqazda yeni gərginlik yarana bilər...” - Siyasi şərhçi vaxtı AÇIQLADI

"Cənubi Qafqazda yeni gərginlik yarana bilər...” - Siyasi şərhçi vaxtı AÇIQLADI

İyulun 15-dən 24-dək Ermənistanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə “Eagle Partner” hərbi təlimləri keçiriləcək. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. “Təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadası, ABŞ ordusunun Avropa və Afrikadakı hərbi qulluqçuları və Kanzas Milli Qvardiyası iştirak edəcək”, - məlumatda qeyd olunub.Bildirilib ki, təlimin keçirilməsində məqsəd beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsinin aparılması, döyüş hazırlığının artırılmasıdır.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki,  rəsmi İrəvan faktiki olaraq Rusiya ilə Qərb arasında qalıb. Onun sözlərinə görə, hər iki tərəfdən Ermənistana təzyiq göstərilir:

 

“Bu isə o deməkdir ki, Ermənistan artıq siyasi poliqon olub. Regionda Azərbaycanla Ermənistan arasında birbaşa təmasların intensivləşməsi, əldə olunan nəticələr və proseslərin sülh sazişinə doğru getməsi ABŞ-ni narahat etməmiş deyil. Çünki üçüncü güclər ancaq gərginlik sayəsində bölgədəki mövcudluqlarını qoruya bilərlər. Ağ Ev hər nə qədər sülhü dəstəklədiyini desə də, əslində səmimi deyil. ABŞ mümkün qədər çalışacaq ki, sülhün və Rusiyanın regiondakı təsir gücünün artmasının qarşısını alsın. Əgər bunu bacarmasa, onda “B” variantı üzərində çalışacaq və sülh sazişinin öz vasitəçiliyi ilə imzalanmasına səy göstərəcək”.

 

K. Novruzov bildirib ki, ABŞ-Ermənistan təlimləri yaxşıya əlamət deyil:

 

“Bu, bir tərəfdən dünyada gedən qütbləşmənin növbəti təzahürüdür. İkincisi, ABŞ maksimum çalışır ki, Ermənistanı “öz ayağına bağlasın”. Bu isə gələcəkdə Ermənistanın ABŞ və Rusiya arasında hərbi poliqona çevrilməsi ilə nəticələnə bilər. Eyni ilə Ukrayna kimi.... Belə təhriklər nəticəsində payıza doğru bölgədə yeni gərginlik yarana bilər”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...