"Pezeşkianın fəaliyyəti dövründə münasibətlərin daha da inkişaf etdiriləcəyini gözləyirik" - XİN rəhbəri

"Pezeşkianın fəaliyyəti dövründə münasibətlərin daha da inkişaf etdiriləcəyini gözləyirik" - XİN rəhbəri

"Biz İranda yeni Prezident fəaliyyətə başladıqdan sonra münasibətlərin daha da inkişaf etdiriləcəyini gözləyirik".

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

 

"İranda yeni Prezident seçildi, Azərbaycan Prezidenti bu münasibətlə öz təbrikini çatdırdı. Biz bundan öncə Azərbaycan və İran arasında razılaşdırılmış layihələrin icrasında maraqlıyıq", - deyə nazir qeyd edib.

 

Nazir söyləyib ki, Azərbaycan İranla münasibətlərin inkişafında maraqlıdır: "İran bizim böyük qonşumuzdur, xalqlarımızın tarixi əlaqələri var. Bizim birgə gələcəyə baxış proqramımız var. İnanırıq ki, münasibətlər daha da inkişaf edəcək".

 

Xatırladaq ki, iyulun 5-də İranda dövlət başçısı İbrahim Rəisinin ölümündən sonra təyin edilmiş növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilib. İslahatçılar qanadının namizədi, keçmiş səhiyyə naziri Məsud Pezeşkian ümumi səslərin 53,6 %-ni toplayaraq qalib gəlib. Mühafizəkar Səid Cəlili 44,3 % səs toplayıb. (Report)


OXŞAR XƏBƏRLƏR

Bu bürc sahibləri digərlərinə nisbətən çox yaşayır

Bürclər və uzunömürlülük arasında əlaqə tapılıb və bəzi bürclərin digərlərindən daha uzun yaşadığı müəyyən edilib.   Sfera.az BAKU.WS-ə istinadən ast...

İsrail ordusu Qəzzanın şimalında yeni əməliyyata başladığını açıqladı

İsrail hərbçiləri gecə Qəzza zolağının şimalındakı Cəbaliya qaçqın düşərgəsində HƏMAS hərəkatının yaraqlı dəstələrinə qarşı əməliyyata başlayıb, onlarla hədəfə ...

Pensiya alanları SEVİNDİRƏCƏK XƏBƏR - İki yerdən pul ala biləcəklər- VİDEO

Özəl pensiya fondları yaradılsa, pensiyalar sürətlə arta bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı 20 -dən çox qanunverici alt layihə haz...

Kamaləddin Qafarov: “Ermənipərəst qüvvələr xam xəyala düşüblər”

"Məlum olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü elan edilmişdir. Bu əlamətdar gün münasibət...

Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək

Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək. Bu gün avtomobil nəqli...

Qonşularını davası faciə ilə bitdi

Bakıda üç nəfər bıçaqlanıb.   Sfera.az report.az-a istinadən xəbər verir ki, adisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.   Belə ki, 1976...