Putin Pezeşkianı TƏBRİK ETDİ

Putin Pezeşkianı TƏBRİK ETDİ

Rusiya prezidenti Vladimir Putin Məsud Pezeşkianı İran prezidenti seçilməsi münasibətilə təbrik edib.

 

Sfera.az bildirir ki, təbrik mətni Kremlin saytında dərc olunub. Putin Tehranla bütün sahələrdə əməkdaşlığın artırılmasına ümid etdiyini bildirib.

 

“İran İslam Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Ümidvaram ki, prezident kimi fəaliyyətiniz regional təhlükəsizlik və sabitliyin sadələşdirilməsi maraqları, xalqlarımızın mənafeyi naminə bütün sahələrdə konstruktiv ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək”, - mesajda qeyd olunub.

 

Putin təbrikində bildirib ki, Moskva və Tehran beynəlxalq gündəmdəki aktual məsələlərin həllində səylərini səmərəli şəkildə əlaqələndirir. O həmçinin, Rusiya-İran münasibətlərində dostluq və mehriban qonşuluq xarakterini vurğulayıb.

 

Qeyd edək ki, iyulun 5-də İranda növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilib. Səsvermənin nəticələrinə görə, islahatçı qanadın namizədi, keçmiş səhiyyə naziri Pezeşkiyan 16,384 milyon səs toplayaraq qalib gəlib. Onun rəqibi Səid Cəlili 13,538 milyon - 44,3% səs toplayıb. İkinci turda seçici fəallığı təxminən 49,8% təşkil edib. Günay


OXŞAR XƏBƏRLƏR

Xuliqanlıqda ittiham olunan Ağadadaş Ağayev Qırğızıstana toya gedib? - AÇIQLAMA

Xuliqanlıqda ittiham olunan Xalq artisti Ağadadaş Ağayevin xarici ölkəyə getməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.   Sfera.az Qafqazinfo-...

Azərbaycan neftinin qiyməti 81 dolları ÖTDÜ

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,43 ABŞ dolları, yaxud 1,79 % artaraq 81,47&nb...

Azərbaycan gələn sərnişin təyyarədə ÖLDÜ

Moskva-Gəncə reysi ilə Azərbaycana gələn sərnişin təyyarədə infarkt keçirib.   Sfera.az xəbər verir ki, hadisə oktyabrın 4-ü saat 15 radələrində qeyd...

Əhaliyə XƏBƏRDARLIQ: Bu tarixdən hava kəskin pisləşəcək

Oktyabrın 12-13-də Bakıda hava şəraiti kəskin pisləşəcək.   Sfera.az  xəbər verir ki, oktyabrın 12-dən etibarən paytaxta yağış yağacaq. Oktyabrı...

Məşhur iş adamı oğlunun toyu üçün BAKINI SEÇDİ - Mərasimə ulduzlar dəvət edildi - VİDEO

Məşhur iş adamı, “Sönmezler Metal” şirkətinin rəhbəri Loğman Zülfüqarlının oğlunun Bakıda toyu olub.   Sfera.az qafqazinfo-ya istina...

Əli Əsədov Minskin Novaya Okolitsa azmərtəbəli yaşayış massivində OLDU

Azərbaycanın Baş naziri Əli Əsədov belaruslu həmkarı Roman Qolovçenkonun müşayiəti ilə Minsk vilayətinin Novaya Okolitsa azmərtəbəli yaşayış massivində olub. ...