Yaxın Şərqdə vəziyyət GƏRGİNLƏŞİR: “HƏMAS “tamam” deyir, amma...”

Yaxın Şərqdə vəziyyət GƏRGİNLƏŞİR: “HƏMAS “tamam” deyir, amma...”

HƏMAS beynəlxalq vasitəçilərin atəşkəslə bağlı təşəbbüsünə müsbət cavab verib. Bunu Beynəlxalq Əlaqələr üzrə katibi Ali Baraka açıqlayıb. O bildirib ki, təmsil etdiyi qurum bu istiqamətdə istənilən təşəbbüsü dəstəkləyir və hesab edir ki, bu kimi çağırışlara qarşılıqlı şəkildə əməl olunmalıdır:

 

“HƏMAS və digər qruplaşmalar bölgədə davamlı atəşkəsin bərqərar olması, eləcə də İsrail hərbçilərinin Qəzzadan geri çəkilməsi ilə nəticələnəcək istənilən təşəbbüsü dəstəkləməyə hazırdır. Bu səbəbdən də Misir və Qətərin atəşin dayandırılması çağırışına qoşulmağa hazır olduğumuzu bildiririk. HƏMAS olaraq məqsədimiz işğalın dayandırılması və regionda davamlı sülhə nail olmaqdır. İsrail ordusu dinc əhaliyə qarşı hücumları dayandırarsa, biz də bu istiqamətdə üzərimizə düşən vəzifələri yerinə yetirəcəyik”.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, bir çox gücün, o cümlədən ABŞ, Rusiya, İranın Yaxın Şərqlə bağlı öz planları, maraqları var:

 

“Məsələn, ABŞ müharibənin uzanmasında maraqlıdır. İran isə əksinə, getdikcə daha çox narahat olur. Çünki bu proseslərin davamında İran da “bataqlığa” çəkilə bilər. Vaşinqtonun istədiyi də elə budur. Ola bilsin ki, HƏMAS-ın bu qərarı İranla koordinasiyalı şəkildə qəbul olunub. Çünki dediyimiz kimi, müharibənin perspektivdə genişlənməsi Tehran üçün təhdiddir. Mümkündür ki, HƏMAS-a dəstək kifayət qədər deyil. Hərçənd müharibənin yaxın vaxtda başa çatmayacağı təqdirdə, gələcəkdə güc balansının HƏMAS və Hizbullahın xeyrinə dəyişilməsi mümkündür”.

 

Müsahibimiz qeyd edib ki, İsrailin əsas dəstəkçisi ABŞ-dir:

 

“Vaşiqton gələcəkdə Təl-Əvivi yarı yolda qoya bilər. Əlbəttə, bu, həm də ABŞ-dəki prezident seçkilərinin nəticəsindən asılıdır. Bundan başqa, Fələstinin dəstəkçiləri də getdikcə artır. Müharibənin yaxın vaxtda başa çatacağı gözlənilmir. HƏMAS-ın açıqlamasına baxmayaraq, yəqin ki, döyüşlər hələ davam edəcək. Bu isə perspektivdə region üçün daha ciddi təhdidlər yarada bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Kollagen haqqında məşhur mif dağıdılıb - Yeni TƏDQİQAT

Müntəzəm zülal əlavələri kollagen qədər effektiv şəkildə qırışların qarşısını ala bilər. Sfera.az xəbər verir ki, bu barədə Daily Mail-ə Lancaster Universite...

Eminem hamilə qızına yeni klip həsr edib: Təsir edici kadrlar

51 yaşlı amerikalı reper Eminem "Temporary" mahnısına çəkdirdiyi klipi yayımlayıb.   Sfera.az bildirir ki, Eminemin yeni klipi yeganə övladı ...

Maykl Cordan üçün hazırlanmış 2 milyonluq avtomobilini nümayiş etdirdi - FOTOLAR

Maykl Cordanın avtomobil kolleksiyası yeni maraqlı superkarla tamamlanıb. Sfera.az xəbər verir ki, ulduz basketbolçu oktyabrın əvvəlində bu avtomobili alıb. ...

Puff Daddinin sevgilisinin kitab-gündəliyi satışdan yığışdırıldı

Puff Daddinin Kimberli (Kim) Porter adlı sevgilisi "Kimin İtirilmiş Sözləri: Digər tərəfdən Ədalətə Səyahət" adlı 60 səhifəlik kitabı “Amazon&rd...

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün müəllimlərin peşə bayramıdır.   Sfera.az xatırladır ki, 5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur.   Belə ki, 19...

Prezidentdən Cəbrayılla bağlı paylaşım - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev "Facebook" sosial şəbəkə hesabında Zəfər tariximiz - Cəbrayılın Ermənistan işğalından azad edilməsinin dördüncü ild...