Kamaləddin Qafarov: “Azərbaycan ölkələr arasında körpü yaratmaq siyasəti yürüdür”

Kamaləddin Qafarov: “Azərbaycan ölkələr arasında körpü yaratmaq siyasəti yürüdür”

"Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu ölkəmizin hətta üzv olmadığı bir çox mötəbər beynəlxalq təşkilatların işində yaxından iştirakını şərtləndirən əsas amillərdən biri kimi çıxış edir. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) cari ilin 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş üzv ölkələrin dövlət başçıları səviyyəsində Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak edib. Dövlətimizin başçısı ŞƏT-in 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısına da qatılmışdı. Azərbaycanın ŞƏT Sammitinə növbəti dəfə dəvət alması Prezident İlham Əliyevin yüksək şəxsi nüfuzunun daha bir göstəricisidir.”


Bu sözləri mətbuata açıqlamasında VI çağırış Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
       
K.Qafarov Prezident İlham Əliyevin 4 iyul tarixində Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə etdiyi çıxışında bir çox mühüm məqamların əks olunduğunu vurğulayıb:

 

“Görüşdə çıxış edən Prezident İlham Əliyev Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib istiqamətlərindən birinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət sahəsi olduğunu diqqət mərkəzinə çəkdi. Dövlət başçısı bildirdi ki, coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın önəmli nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Bu imkanların maksimum effektivliklə reallaşdırılmasının təmin edilməsi üçün ölkəmizdə intensiv işlər aparılır. Yaxın perspektiv planlara Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq məsələsi daxildir. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Bu transmilli layihənin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu artıq hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir və sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Prezident İlham Əliyevin çıxışında bu il ölkəmizdə keçiriləcək COP29-a hazırlıq işlərinə dair mühüm açıqlamalar da yer almışdır. Qeyd olunmuşdur ki, Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə əldə etdiyi qiymətli təcrübədən COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün yararlanmaq niyyətindədir. Prezident İlham Əliyev hər zaman olduğu kimi prinsipiallıq və humanistlik nümayiş etdirərək bildirdi ki, Azərbaycan inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacaq”.


OXŞAR XƏBƏRLƏR

Kollagen haqqında məşhur mif dağıdılıb - Yeni TƏDQİQAT

Müntəzəm zülal əlavələri kollagen qədər effektiv şəkildə qırışların qarşısını ala bilər. Sfera.az xəbər verir ki, bu barədə Daily Mail-ə Lancaster Universite...

Eminem hamilə qızına yeni klip həsr edib: Təsir edici kadrlar

51 yaşlı amerikalı reper Eminem "Temporary" mahnısına çəkdirdiyi klipi yayımlayıb.   Sfera.az bildirir ki, Eminemin yeni klipi yeganə övladı ...

Maykl Cordan üçün hazırlanmış 2 milyonluq avtomobilini nümayiş etdirdi - FOTOLAR

Maykl Cordanın avtomobil kolleksiyası yeni maraqlı superkarla tamamlanıb. Sfera.az xəbər verir ki, ulduz basketbolçu oktyabrın əvvəlində bu avtomobili alıb. ...

Puff Daddinin sevgilisinin kitab-gündəliyi satışdan yığışdırıldı

Puff Daddinin Kimberli (Kim) Porter adlı sevgilisi "Kimin İtirilmiş Sözləri: Digər tərəfdən Ədalətə Səyahət" adlı 60 səhifəlik kitabı “Amazon&rd...

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün müəllimlərin peşə bayramıdır.   Sfera.az xatırladır ki, 5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur.   Belə ki, 19...

Prezidentdən Cəbrayılla bağlı paylaşım - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev "Facebook" sosial şəbəkə hesabında Zəfər tariximiz - Cəbrayılın Ermənistan işğalından azad edilməsinin dördüncü ild...