İlham Əliyev Böyük Britaniyanın yeni baş nazirini təbrik etdi

İlham Əliyev Böyük Britaniyanın yeni baş nazirini təbrik etdi

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerə təbrik məktubu ünvanlayıb.

 

Sfera.az xəbər verir ki, təbrikdə deyilir:

"Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

 

Azərbaycan Birləşmiş Krallıq ilə ənənəvi dostluq və çoxşaxəli əməkdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verir.

Enerji sektorunda uzunmüddətli və səmərəli birgə fəaliyyətimiz qlobal enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verir. Eyni zamanda, bərpaolunan enerji mənbələri, yaşıl enerjiyə keçid və dekarbonizasiya məsələləri bu gün Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli tərəfdaşlıq gündəliyində aparıcı yer tutur. Bu baxımdan yaxın və etibarlı tərəfdaşımız olan BP ilə təmiz enerjiyə keçid sahəsində uğurlu işbirliyimizi xüsusi qeyd etmək istərdim. Azərbaycanın cari ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 çərçivəsində də əməkdaşlığımızın davam etdiriləcəyinə dair inamımı ifadə edirəm.

Ölkəmizin işğaldan azad edilmiş ərazilərində minaların təmizlənməsi işinə Birləşmiş Krallığın verdiyi töhfəni yüksək qiymətləndiririk.

 

Əminəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi, əməkdaşlığımızın daha da inkişaf edərək yeni səviyyəyə qaldırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

 

Sizə ən xoş arzularımı yetirir, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".


OXŞAR XƏBƏRLƏR

Kollagen haqqında məşhur mif dağıdılıb - Yeni TƏDQİQAT

Müntəzəm zülal əlavələri kollagen qədər effektiv şəkildə qırışların qarşısını ala bilər. Sfera.az xəbər verir ki, bu barədə Daily Mail-ə Lancaster Universite...

Eminem hamilə qızına yeni klip həsr edib: Təsir edici kadrlar

51 yaşlı amerikalı reper Eminem "Temporary" mahnısına çəkdirdiyi klipi yayımlayıb.   Sfera.az bildirir ki, Eminemin yeni klipi yeganə övladı ...

Maykl Cordan üçün hazırlanmış 2 milyonluq avtomobilini nümayiş etdirdi - FOTOLAR

Maykl Cordanın avtomobil kolleksiyası yeni maraqlı superkarla tamamlanıb. Sfera.az xəbər verir ki, ulduz basketbolçu oktyabrın əvvəlində bu avtomobili alıb. ...

Puff Daddinin sevgilisinin kitab-gündəliyi satışdan yığışdırıldı

Puff Daddinin Kimberli (Kim) Porter adlı sevgilisi "Kimin İtirilmiş Sözləri: Digər tərəfdən Ədalətə Səyahət" adlı 60 səhifəlik kitabı “Amazon&rd...

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün müəllimlərin peşə bayramıdır.   Sfera.az xatırladır ki, 5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur.   Belə ki, 19...

Prezidentdən Cəbrayılla bağlı paylaşım - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev "Facebook" sosial şəbəkə hesabında Zəfər tariximiz - Cəbrayılın Ermənistan işğalından azad edilməsinin dördüncü ild...