"Yeni prosesə başlaya bilərik" - Ərdoğandan Suriyaya "YAŞIL İŞIQ"

"Yeni prosesə başlaya bilərik" - Ərdoğandan Suriyaya "YAŞIL İŞIQ"

“Biz Suriya ilə yeni prosesə başlaya bilərik”.

 

Sfera.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

O, Rusiya və Suriya dövlət başçılarının Ankaraya dəvət oluna biləcəyini qeyd edib.

 

“Əgər Putin Türkiyəyə səfər edərsə, bu, yeni prosesin başlanğıcı ola bilər. Suriyada daimi nizamlanma mexanizmi yaradılmalıdır”, - Ərdoğan bildirib.

 

Onun sözlərinə görə, Suriyanın ayağa qalxması üçün qeyri-sabitliyə son qoyulması vacibdir. Türkiyə prezidenti vurğulayıb ki, terrorçular Türkiyə ilə Suriya hökuməti arasında əlaqələrin bərpasından narahatdırlar: “PKK/PYD/YPG, İŞİD kimi terror təşkilatları Suriyanın yenidən ayağa qalxmasına mane olmağa çalışır. Suriyanın gələcəyini qurmaq və terror qruplarının kökünü kəsmək üçün birgə çalışmaq vacibdir”.

 

Bundan əvvəl Türkiyə lideri Suriya ilə diplomatik münasibətlərin bərpasından imtina etmək üçün heç bir səbəb görmədiyini bildirib. 

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Bakıda sünnət edilən 4 aylıq körpənin ölümü ilə bağlı TƏFƏRRÜAT

Bakıda sünnət edilən 4 aylıq körpənin ölüm səbəbi ilə bağlı bəzi detallar məlum olub.   Sfera.az xəbər verir ki, hadisənin baş verdiyi "Real Hos...

Putin Məsud Pezeşkianı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianla telefonla danışığı aparıb.   Sfera.az bildirir ki, Putin Pezeşkian...

BMU–İNHA ikili diplom proqramının ilk “Məzun günü” tədbiri keçirildi

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının ilk “Məzun günü” tədb...

Rayonlarda kiloqramı 50 qəpiyə olan xiyar niyə Bakıda iki manata satılır?

Yay aylarında adətən ucuz satılan kənd təssərrüfatı məhsulları paytaxt bazarlarında alıcılara baha qiymətə təklif olunur. Bölgələrdə aşağı qiymətə olan tərəvəz ...

Samir Nuriyev məmurlarla iclas keçirdi, tapşırıqlar verildi- FOTOLAR

İyulun 8-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclas...

DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.   Sfera.az xəbər verir ki, müraciət qurumun “X” hesabında yayılıb.   &ldquo...