"Məni 90 dəqiqəyə əsasən yox, 3,5 illik prezidentliyimə görə qiymətləndirin" - Bayden

"Məni 90 dəqiqəyə əsasən yox, 3,5 illik prezidentliyimə görə qiymətləndirin" - Bayden

ABŞ Prezidenti Co Bayden Donald Trampla televiziya debatındakı uğursuzluğunu etiraf edib.

 

Sfera.az bildirir ki, Viskonsin ştatında yayımlanan bir radio proqramına qoşulan Bayden pis bir axşam keçirdiyini deyib. O, fikirlərini bu cür ifadə edib:  “Səhv etdim. Məni 90 dəqiqə ilə (debatın müddəti) deyil, 3,5 il prezidentlik fəaliyyətimə görə qiymətləndirin”. 

 

Co Bayden namizədlikdən geri çəkilməyəcəyini və Trampı məğlub edəcəyini iddia edir. Amma partiya çevrələrində sakitliyin olmadığı da qeyd olunur. Demokratlar Partiyasının əsas donorlarından olan “Disney” ailəsinin varisi Ebigeyl Disney də Baydeni geri çəkilməyə çağırıb. O, Bayden geri çəkilənə qədər ianələri dayandıracağını söyləyib.

 

Günay 


OXŞAR XƏBƏRLƏR