Xocalı Hava Limanının mövcud uçuş-enmə zolağının uzunluğu və eni GENİŞLƏNDİRİLƏCƏK

Xocalı Hava Limanının mövcud uçuş-enmə zolağının uzunluğu və eni GENİŞLƏNDİRİLƏCƏK

Xocalı Hava Limanının infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra təkmilləşdirmə işlərinin aparılması nəzərdə tutulub. Belə ki, mövcud uçuş-enmə zolağının uzunluğu 3000 metrədək, eni isə 60 metrədək genişləndiriləcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Xocalı Hava Limanında görüləcək işlər barədə Prezident İlham Əliyevə verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, hava limanının ərazisinin optimallaşdırılması işləri həyata keçiriləcək və burada ümumi sahənin 177,27 hektar, perron ərazisinin isə 47 min kvadratmetr olması planlaşdırılır. Görüləcək bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçiriləcək, hava limanı ən müasir səviyyəyə çatdırılacaq.

 

Bildirilib ki, dəniz səviyyəsindən 575 metr hündürlükdə yerləşən Xocalı aeroportunun ərazisi 188,5 hektardır. Hazırda hava limanında 2170 metr uzunluğunda və 45 metr enində bir uçuş-enmə zolağı, iki sürmə yolu, bir perron və bir terminal mövcuddur. Perron ərazisində hava gəmiləri üçün ümumilikdə üç dayanacaq mövcuddur.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Xocalı Hava Limanında olub.


OXŞAR XƏBƏRLƏR

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ!

İyulun 9-dan 10-u gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorolog...

“Bu görüşün Şuşada keçirilməsi tarixi hadisədir” – ŞƏRH

Türk Dövlətləri Təşkilatının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşün...

Silahlı hücuma məruz qalmış Baş nazir Fitso vəzifəsinə QAYITDI

Slovakiyanın Baş naziri Robert Fitso sui-qəsd cəhdindən sonra öz vəzifəsinə qayıdıb.    Sfera.az xəbər verir ki, bu barədə Slovakiya mediası məl...

Həyat yoldaşı olan namizədlər MİQ imtahanında yüksək bal TOPLADILAR - FOTO

Naxçıvanda keçirilən müəllimlərin işə qəbul imtahanında (MİQ) həyat yoldaşı olan namizədlərin hər ikisi yüksək nəticə göstərib. Bu barədə Sfera.az-a Naxçıv...

Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK - RƏSMİ

Bakı, Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi iyulun 9-da nəzərdə tutulub.   Sfera.az xəbər verir ki, bu barədə Dövl...

Belarus və Çin birgə təlimlər KEÇİRƏCƏK - BƏYANAT

Belarus və Çin iyulun 8-dən 19-dək Polşa sərhədindəki Brest şəhəri yaxınlığında birgə antiterror təlimləri keçirəcək.   Sfera.az bildirir ki, bu barə...