Özbəkistan Prezidenti Azərbaycana SƏFƏRİ BAŞLADI - YENİLƏNDİ

Özbəkistan Prezidenti Azərbaycana SƏFƏRİ BAŞLADI - YENİLƏNDİ

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə iyulun 5-də Azərbaycana səfərə gəlib.

 

Sfera.az xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

 

***

 

14:46

 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərə yola düşüb.

 

Sfera.az bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

 

Səfər çərçivəsində dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) iyulun 5-6-da Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək.


OXŞAR XƏBƏRLƏR

Ukrayna və Polşa təhlükəsizlik təminatı haqqında saziş İMZALADI

Ukrayna Prezidenti Volodimir Zelenskinin Varşavaya səfəri çərçivəsində Polşa ilə təhlükəsizlik təminatı haqqında saziş imzalanıb.   Sfera.az xəbər ve...

Ermənistanın baş naziri Təhlükəsizlik Şurasının iclasını KEÇİRDİ

Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Ermənist...

Bu fənn üzrə apellyasiya müraciətlərinə start verildi - FOTO

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ingilis dili fənni üzrə test imtahanının apellyasiya müraciətlərinə qəbul başladı.   Bu barədə Sfera.az-a Az...

Gürcüstanın xarici işlər naziri ABŞ-yə SƏFƏR ETDİ

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfərə gedib.   Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan Xar...

Hindistanın Baş naziri Rusiyada SƏFƏRDƏDİR

Hindistanın Baş naziri Narendra Modi Rusiyada rəsmi səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.   Baş ...

“Onun yarısı”adlı gənc rəssamların qrup sərgisi KEÇİRİLDİ

4-5 iyul tarixlərində “ArtCoLab” Yaradıcı Gənclər Platformasının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin tə...