Pezeşkian, yoxsa Cəlili? - İranda prezident seçkilərinin ikinci turu BAŞLAYIB

Pezeşkian, yoxsa Cəlili? - İranda prezident seçkilərinin ikinci turu BAŞLAYIB

Bu gün İranda 14-cü prezident seçkilərinin ikinci turu keçirilir.

 

Sfera.az bildirir ki, seçkilərin ikinci turunda islahatçı namizəd, Təbrizin deputatı və keçmiş səhiyyə naziri Məsud Pezeşkian və mühafizəkar namizəd, Milli Təhlükəsizlik Ali Şurasının keçmiş katibi Səid Cəlili yarışır.

 

İyunun 28-də ölkədə keçirilən seçkinin ilk turunda rəqabət aparan 4 namizəddən heç biri 50 faizi keçə bilmədiyi üçün öndə olan Pezeşkian və Cəlili ikinci tura buraxılıb.

 

40 faiz iştirakla ölkə tarixinin ən aşağı fəallığı olan ilk turda Pezeşkian yüzdə 42,5, Cəlili isə 38,6 faiz səs toplayıb. İranda keçirilən rəy sorğusunda prezident seçkilərinin ikinci turunda islahatçı namizəd Məsud Pezeşkian öndə görünür. Sorğuda iştirak edənlərin 4,8 faizi qərarsız olduqlarını bildirib.

 

Qeyd edək ki, İranda 61,5 milyon seçici qeydiyyatdadır. 

 

Günay


OXŞAR XƏBƏRLƏR