Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro AYIRDI

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro AYIRDI

Belçika Azərbaycana işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətlərini dəstəkləmək üçün 250 min avro (459 533 AZN-qeyd) ayırıb.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi Qaya Məmmədov "X" səhifəsində qeyd edib.

 

"Minalar keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz qayıtmasına əsas maneədir. Bu yardım insan həmrəyliyinin rəmzi və ikitərəfli münasibətlərimizdə müsbət addımdır”, - diplomat yazıb.

 

Qeyd edək ki, iyulun 4-5-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Krallığında işgüzar səfərdədir.

 

Səfər çərçivəsində Azərbaycanda mövcud mina probleminin miqyasının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, minaların ətraf mühitə ciddi təhlükə yaratması, azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verilməsi, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın və dəstəyin genişləndirilməsi məqsədilə bir sıra tədbir və görüşlərdə iştirak nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda müəllim vəfat etdi - FOTO

Ağstafa rayonunun Poylu kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Nəmidə Muğalova vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə məktəbi...

İmtahanda dörd nəfərdə telefon aşkarlandı

İyulun 7-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd), eyni zamanda, I qrup...

Türkiyə Ordusu 5 terrorçunu məhvETDİ

Türkiyə Ordusu İraqın şimalında Kandil bölgəsində aşkarlanan 2 PKK terrorçusunu zərərsizləşdirib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə M...

Yeddi bıçaq zərbəsi aldı, xəstəxanaya yerləşdirildi

İyulun 6-da gecə saatlarında Şirvan şəhər sakini, 1994-cü il təvəllüdlü Vüsal Şeydayevin müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi ilə bağ...

KİV: NATO Çini “təhlükəli ölkələr siyahısına” əlavə edə bilər

NATO-nun iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitinin gündəliyinə təkcə Ukraynadakı müharibə, Rusiyadan gələcək təhlükə və Avropada artan hərbi xərclər dey...

Şuşada gerçəkləşən Zirvə toplantısı təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün tarixi hadisədirŞƏRH

Tarixdə iz qoyan, əbədiyaşarlıq qazanan mühüm sənədlər var ki, onların imzalandığı zaman və məkan həmişə böyük mənəvi məzmun və əhəmiyyət kəsb edir. Sonrakı nəs...