Azərbaycan və İraq məhkəmə-hüquq əməkdaşlığını müzakirə etdi

Azərbaycan və İraq məhkəmə-hüquq əməkdaşlığını müzakirə etdi

Konstitusiya Məhkəməsində Azərbaycanda rəsmi səfərdə olan İraqın Ali Məhkəmə Şurasının sədri Faiq Zidanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Bu barədə Sfera.az-a Konstitusiya Məhkəməsindən məlumat verilib.

 

Bildirilib ki, görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, bu səfər Azərbaycan üçün tarixi hadisələrin cərəyan etdiyi dövrə təsadüf edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Azərbaycan torpaqlarında Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi bərpa edilib və bu il sentyabrın 1-də ilk dəfə həmin ərazilərdə Milli Məclisə seçkilər keçiriləcək.

 

Sədr Faiq Zidan qeyd edib ki, rəsmi səfərin məqsədi məhkəmə sahəsində əlaqələrin qurulması və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsidir. Qonaq iki ölkə arasında məhkəmə-hüquq əməkdaşlığının vacibliyinə toxunaraq, İraq Respublikasında konstitusiya ədalət mühakiməsini həyata keçirən Federal Ali Məhkəməsinin, təmsil etdiyi ölkənin məhkəmə orqanlarının fəaliyyətinin istiqamətləri və praktiki işindən bəhs edib.

 

Tərəflər arasında geniş fikir mübadiləsi aparılıb, məhkəmə-hüquq əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb.

 

Görüşdə, həmçinin Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

 

Tədbirin sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar.


OXŞAR XƏBƏRLƏR

İpək şəhərində XIII “İpək yolu” Festivalı

Şəkidə XII Böyük İpək yolu Beynəlxalq Musiqi Festivalı keçirilir qədim Şəki  şəhəri tarixi İpək Yolu üzərində yerləşən və min illər ərzində bir-biri ilə ti...

Yeni Ayla bağlı 5 bürcə ŞAD XƏBƏR: Xoşbəxtliyə doğru gedəcəksiniz

İyulun 6-da Xərçəng bürcündə yeni ay olacaq. Bu astroloji hadisə həmişə yeni imkanlar verir və yenilənməyə səbəb olur.   Sfera.az lent.az-a istinadən...

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Lemmi bu vəzifədə ilk xarici səfərini həyata keçirib.   Sfera.az BBC-yə istinadən xəbər verir ...

Qubada təcili yardım avtomobili zəncirvarı qəzaya düşüb - FOTO

Quba şəhərində zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.   Hadisə H.Əliyev prospekti ilə Memar Əcəmi küçələrin kəsişməsində baş verib.   ...

Kamaləddin Qafarov: “Azərbaycan Türk dünyasının güclənməsinə mühüm töhfələr verir”

“Müasir dünyada güc amilinin getdikcə əsas göstərici kimi tanınması Türk dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsinin vac...

“WhatsApp” təhlükəlidir -İlon Mask

Amerikalı iş adamı İlon Mask “WhatsApp” messencerindən istifadənin təhlükəli olduğunu deyib.   Sfera.az xəbər verir ki, “X&rdq...