Kamran Əliyev İraqın Ali Məhkəməsinin sədri və Baş prokuroru ilə GÖRÜŞDÜ

Kamran Əliyev İraqın Ali Məhkəməsinin sədri və Baş prokuroru ilə GÖRÜŞDÜ

İyulun 4-də Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan İraq Ali Məhkəmə Şurasının sədri cənab Faiq Zidan və Dövlət Prokurorluğunun sədri Nacmu Abdullah Əhməd ilə görüşüb.

 

Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, qonaqları salamlayan Baş prokuror geniş tərkibli nümayəndə heyətinin ölkəmizə səfərini Azərbaycanla İraq arasında hüquqi əməkdaşlığın uğurlu başlanğıcı kimi qiymətləndirib.

 

Kamran Əliyev hər iki dövlətin prezidentlərinin birgə səyləri, apardıqları uzaqgörən xarici siyasəti nəticəsində ölkələrimiz arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bildirərək, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə qonaqları məlumatlandırıb.

 

Baş prokuror cari ilin 29 sentyabr - 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyini bildirərək iraqlı həmkarlarını tədbirdə iştiraka dəvət edib.

 

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Faiq Zidan iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq, hüquq-mühafizə orqanları arasında cinayətkarlığa, xüsusilə də terrorçuluqla mübarizə sahəsində qarşılıqlı səmərəli əməkdaşlığın aparılmasının vacibliyini ifadə edib.

 

Tərəflər əlaqələrin möhkəmləndirilməsi istiqamətində müqavilə hüquq bazasının genişləndirilməsini müzakirə ediblər.

 

Görüşdə İraqın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Maki Resan Abdulla Əl-Mamori də iştirak edib.

 




OXŞAR XƏBƏRLƏR

İlk iş gününün HAVASI

İyulun 8-nə gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron y...

İpək şəhərində XIII “İpək yolu” Festivalı

Şəkidə XII Böyük İpək yolu Beynəlxalq Musiqi Festivalı keçirilir qədim Şəki  şəhəri tarixi İpək Yolu üzərində yerləşən və min illər ərzində bir-biri ilə ti...

Yeni Ayla bağlı 5 bürcə ŞAD XƏBƏR: Xoşbəxtliyə doğru gedəcəksiniz

İyulun 6-da Xərçəng bürcündə yeni ay olacaq. Bu astroloji hadisə həmişə yeni imkanlar verir və yenilənməyə səbəb olur.   Sfera.az lent.az-a istinadən...

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Lemmi bu vəzifədə ilk xarici səfərini həyata keçirib.   Sfera.az BBC-yə istinadən xəbər verir ...

Qubada təcili yardım avtomobili zəncirvarı qəzaya düşüb - FOTO

Quba şəhərində zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.   Hadisə H.Əliyev prospekti ilə Memar Əcəmi küçələrin kəsişməsində baş verib.   ...

Kamaləddin Qafarov: “Azərbaycan Türk dünyasının güclənməsinə mühüm töhfələr verir”

“Müasir dünyada güc amilinin getdikcə əsas göstərici kimi tanınması Türk dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsinin vac...