Logo

Putin müharibəyə görə ABŞ-ni GÜNAHLANDIRDI: "Qəddar siyasəti..."

Putin müharibəyə görə ABŞ-ni GÜNAHLANDIRDI: "Qəddar siyasəti..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsi ilə bağlı açıqlama verib.

Sfera.az bildirir ki, o, bu barədə ŞƏT-in sammitində danışıb.

“Rusiya Ukraynadakı böhranlı vəziyyətin siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır. Bu böhran onun müttəfiqlərinin, xüsusilə də ABŞ-nin qəddar siyasəti nəticəsində yaranıb. Biz dəfələrlə vəziyyətin həlli istiqamətində fikirlər səsləndirmişik. Biz iyunun ortalarında bu problemin həlli variantını təklif etdik. Ukraynanın və Qərb sponsorlarının bunu qəbul etməyə hazır olması hərbi əməliyyatların dərhal dayandırılmasına, insanların həyatının qorunmasına və danışıqların başlanmasına imkan verəcək”, - Rusiya lideri bildirib.

Putin bəyan edib ki, ŞƏT ölkələri Ukrayna probleminin həlli ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR