"Ermənistanın ABŞ-yə meyli Parislə Vaşinqton arasında narazılıq yaradacaq" - ŞƏRH

"Ermənistanın ABŞ-yə meyli Parislə Vaşinqton arasında narazılıq yaradacaq" - ŞƏRH

“Ermənistan ABŞ ilə münasibətləri bir çox sahədə strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa hazırdır”. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın Müstəqillik Günü münasibətilə ABŞ lideri Co Baydenə göndərdiyi məktubda deyilir. Məktubda ABŞ ilə tərəfdaşlığın hər iki ölkənin və bütövlükdə regionun inkişafına töhfə verəcəyi bildirilib, eyni zamanda, Ermənistanın sülh gündəliyinə sadiq olduğu vurğulanıb.

 

Maraqlıdır, iki ölkə arasındakı sözügedən əməkdaşlıq bölgədə hansısa problemlərin yaranmasına səbəb ola bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Ermənistan Rusiyadan uzaqlaşaraq ABŞ və Fransanın, daha doğrusu, bütövlükdə Qərbin çətiri altına keçməyi seçib.

 

Şərhçinin sözlərinə görə, bir müddətdən sonra İrəvan Vaşinqton və Paris arasında da seçim etməli olacaq:

 

“Çünki ABŞ və Fransa arasında bir növ siyasi qısqanclıq olacaq. Sözügedən ölkələr Ermənistanın qarşı tərəflə yaxınlıq etməsini qəbul etməyəcək. Bilirsiniz ki, Azərbaycan Rusiya ilə strateji tərəfdaşdır, artıq Çinlə də oxşar müqavilə imzalanıb. Bunun fonunda da paralel olaraq Ermənistan ABŞ ilə əlaqələri inkişaf etdirmək xəttini tutub. Amma ABŞ-dən regiona xeyir gəlməyib. Nəinki Cənubi Qafqaz, heç bir bölgədə bunu görməmişik. Bu gün Şərqi Avropada baş verən hadisələr Paşinyanın gözünün qabağında olur. Bayden Ukraynanı nə günə saldı, yaxud ABŞ Gürcüstanı yarı yolda qoymadımı? Yaxın Şərq nə vəziyyətdədir? Paşinyan bunlara rəğmən, “ABŞ-nin çətiri altına” girmək istəyir”.

 

Ekspert bildirib ki, Nikolun bu addımı Rusiyanın damarına basmaqdır:

 

“Rusiya “dəli ayıdır”. Onsuz da Ermənistan bu gün Rusiya ilə ABŞ arasında siyasi poliqondur. Gələcəkdə bu addımlar İrəvanın hərbi poliqona çevrilməsinə zəmin yaradacaq. Hərçənd ki Paşinyanın başqa yolu da yoxdur. ABŞ ona təzyiq edir. Ermənistan bu gün, bəlkə də,  özünü ABŞ ilə bərabərhüquqlu aktor hesab edir, amma elə deyil. Paşinyana təsir edirlər - maliyyə ayrılır, Rusiyaya qarşı qoyulur, Vaşinqtonun istəklərinin yerinə yetirilməsi tələb edilir. “Mən dediyimi etməsən, Rusiya ilə səni təkbətək qoyacağam”, deyilir. Nəticədə, Ermənistan strateji tərəfdaş yox, ABŞ-nin əlinin altındakı alətə çevrilir.  Onun istədiyi də budur. Vaşinqton İrəvan vasitəsilə regiona daha rahat müdaxilə edə, Rusiyanın bölgədəki imkanlarını zəiflədə bilər. ABŞ əslində buna çalışır. Ermənistan və ABŞ arasında artan əməkdaşlıq yaxşı heç nə vəd etmir”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Hakan Fidan Azərbaycanı təbrik etdi

"Can Azərbaycanı Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə uğurla ev sahibliyi etdiyinə görə ürəkdən təbrik edirəm və fürsətdən istifadə edər...

Türkiyə Niderlanda qalib gəlir - CANLI

AÇ-2024-ün son 1/4 final görüşü keçiriləcək.   Sfera.az xəbər verir ki, Türkiyə yığması Niderlandla qarşılaşacaq.   Qarşılaşmanın start fi...

Ərdoğan matçı stadiondan izləyir- FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AVRO-2024-ün 1/4 final mərhələsində Türkiyə ilə Niderland yığmaları arasında keçirilən oyuna baxmaq üçün Berlinə gedib. ...

"Elə tərbiyə görmüşük ki, belə qələt etməmişik" - Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı aparıcının ona ünvanladığı suala əsəbiləşib.   "Şən gənc" proqramında aparıcı Aysel Novruzova ona "Tanındı...

TDT-nin dövlət başçıları Azərbaycana COP29-la bağlı dəstək verdilər

Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi etməkdə Azərbaycan Respublikas...

İngiltərə İsveçrəni məğlub edərək yarımfinala yüksəldi

Avro-2024-ün 1/4 finalında bu gün keçiriləcək İngiltərə - İsveçrə oyunu üçün start heyətlər müəyyənləşib.   Sfera.az xəbər verir ki, komandalar Bakı ...