"Ukraynaya yeni yardım paketi ayıracağıq" - Pentaqon

"Ukraynaya yeni yardım paketi ayıracağıq" - Pentaqon

ABŞ Ukraynaya yeni yardım paketi ayıracağını açıqlayıb.

 

Sfera.az bildirir ki, bu barədə Pentaqon məlumat yayıb.

 

“Kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün Ukraynaya yenidən yardım ediləcək”, -  ABŞ Müdafiə nazirliyinin məlumatında qeyd olunub.

 

Açıqlamada Ukrayna üçün açıqlanan yeni yardım paketinin dəyərinin təqribən 2,4 milyard dollar olduğu, paketin içərisində hava hücumundan müdafiə sistemləri üçün sursat, artilleriya və tank əleyhinə raketlərin yer aldığı bildirilib.

 

“Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) fondlarından istifadə edilməklə Patriot və Milli Qabaqcıl Qurudan Havaya Raket Sistemi (NASAMS) üçün 2,2 milyard dollarlıq sursat yardımı veriləcək. Həmçinin əlavə 150 milyon dollarlıq paket müxtəlif sursat və logistika ehtiyaclarına yönəlib. 150 milyon dollarlıq əlavə yardım paketinə HAWK hava hücumundan müdafiə sistemi və yüngül reaktiv yaylım atəş sistemi (HIMARS) kimi döyüş sursatları, 155 və 105 millimetrlik artilleriya mərmiləri, Javelin və AT-4 tank əleyhinə silahlar, idarə olunan TOW raketləri də daxildir”, - Pentaqon bildirib.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN İranın Ermənistandakı səfirinin əsassız iddialarına cavab verib

İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, yəni İsrail dronların...

İsrail Ordusu Qəzzada 1 km-lik tuneli belə məhv etdi – ANBAAN VİDEO

  İsrail ordusu Qəzzanın şimalında 1 km-lik tuneli dağıdıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb....

Kişilər arasında işsizlər qadınlardan ÇOXDUR? – STATİSTİK MÜƏMMA

2025-ci il iyun ayının 1-i vəziyyətinə görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,9 min nəfər olub. Dövl...

Ermənistan İstintaq Komitəsinin binası ətrafında saxlanılanlar var

Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında saxlanılanlar var.   Sfera.az xəbər verir ki, bu haqda “News.am” məlumat yayıb. &n...

Tramp Yaxın Şərqdə yeni sistem formalaşdırır - Kosaçev

ABŞ Prezidenti Donald Trampın İrana qarşı addımında məqsədi təkcə İsrailə deyil, həm də nüfuzlu monarxiyalar arasından əsas oyunçulara arxalanaraq Yaxın Şərqdə ...

Qəzzada atəşkəs üçün diplomatik səylər artıb

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Qəzzada mümkün atəşkəslə bağlı intensiv danışıqlar aparılır.   Sfera.az xəbər verir ki, Qətər, Misir...