Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında görüş keçirildi - FOTO

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında görüş keçirildi - FOTO

Azərbaycana səfəri çərçivəsində Vatikan Dövlətinin Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskal Yakabonenin başçılıq etdiyi arxeoloq və ekspertlərdən ibarət nümayəndə heyətinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşü olub.

 

Sfera.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib, müxtəlif səviyyələrdə reallaşan qarşılıqlı səfərlərin, o cümlədən 2002-ci ildə Papa II İohann Pavelin, 2016-cı ildə Papa Fransiskin ölkəmizə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın isə Vatikana səfərlərinin həm ikitərəfli əlaqələr, həm də sivilizasiyalararası dialoq baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb, imzalanan sənədlərin münasibətlərimizin genişlənməsinə töhfə verdiyi qeyd edilib.

 

Müzakirələr zamanı Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin fəaliyyətindən, formalaşmış səmərəli əməkdaşlıqdan, birgə layihələrin icrasından məmnunluq ifadə edilib, hazırda da müştərək layihələr üzərində işlərin uğurla davam etdirildiyi bildirilib. Vurğulanıb ki, Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin Fond tərəfindən bərpasının həyata keçirilməsi, mədəni irsin qorunması sahəsində işlərin görülməsi ikitərəfli münasibətlərin dərinləşməsinə töhfədir.

 

Paskal Yakabone görülən bütün işlərə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

 

Dini etiqad və vicdan azadlığının tam təmin olunduğu, çoxlu sayda dini icmanın fəaliyyət göstərdiyi, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şəraitin təmin edildiyi Azərbaycanda digər dini icmalara olduğu kimi, katolik icmaya da göstərilən diqqət, ölkəmizdə kilsə və məbədlərin, o cümlədən katolik kilsələrin bərpası istiqamətində görülən işlər yüksək dəyərləndirilib.

 

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun gələcəkdə də Müqəddəs Taxt-Tacla əməkdaşlıq çərçivəsində yeni layihələrə açıq olduğunu diqqətə çatdırıb.

 

Görüşdə tarixi və mədəni əhəmiyyət daşıyan abidələrin bərpası istiqamətində təcrübə mübadiləsinin əhəmiyyətinə də nəzər salınıb.

 

Vatikan Dövlətinin Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskal Yakabone hər 25 ildən bir Müqəddəs Taxt-Tacda keçirilən və növbəti mərasimin 2025-ci ilə təsadüf etdiyi Müqəddəs Yubiley İli ilə bağlı tədbirə Heydər Əliyev Fondunun da dəvətli olduğunu diqqətə çatdırıb.


OXŞAR XƏBƏRLƏR

Hakan Fidan Azərbaycanı təbrik etdi

"Can Azərbaycanı Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə uğurla ev sahibliyi etdiyinə görə ürəkdən təbrik edirəm və fürsətdən istifadə edər...

Türkiyə Niderlanda qalib gəlir - CANLI

AÇ-2024-ün son 1/4 final görüşü keçiriləcək.   Sfera.az xəbər verir ki, Türkiyə yığması Niderlandla qarşılaşacaq.   Qarşılaşmanın start fi...

Ərdoğan matçı stadiondan izləyir- FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AVRO-2024-ün 1/4 final mərhələsində Türkiyə ilə Niderland yığmaları arasında keçirilən oyuna baxmaq üçün Berlinə gedib. ...

"Elə tərbiyə görmüşük ki, belə qələt etməmişik" - Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı aparıcının ona ünvanladığı suala əsəbiləşib.   "Şən gənc" proqramında aparıcı Aysel Novruzova ona "Tanındı...

TDT-nin dövlət başçıları Azərbaycana COP29-la bağlı dəstək verdilər

Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi etməkdə Azərbaycan Respublikas...

İngiltərə İsveçrəni məğlub edərək yarımfinala yüksəldi

Avro-2024-ün 1/4 finalında bu gün keçiriləcək İngiltərə - İsveçrə oyunu üçün start heyətlər müəyyənləşib.   Sfera.az xəbər verir ki, komandalar Bakı ...