Azərbaycan, Türkiyə və Pakistanın silahlı qüvvələri birgə təlimlər KEÇİRƏCƏKLƏR

Azərbaycan, Türkiyə və Pakistanın silahlı qüvvələri birgə təlimlər KEÇİRƏCƏKLƏR

Azərbaycan, Türkiyə və Pakistanın silahlı qüvvələri mütəmadi qaydada birgə təlimlər keçirəcəklər.

 

Sfera.az xəbər verir ki, bu barədə iyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüşdə razılıq ələ edilib.

 

Görüşdə müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, 2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş” şüarı altında keçirilən təlimlərin əhəmiyyəti vurğulanıb və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklif edilib. Təklif məmnunluqla qəbul olunub.

 

Müdafiə sənayesi sahəsində də üç ölkənin birgə istehsalının təşkil edilməsi məsələsi vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

İyulun 7-də Azərbaycanda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib....

Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü başladı

Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü başlayıb.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev Şuş...

Abşeronda 4 nəfər SAXLANILDI

Oğurluqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   ...

“Azərbaycanın ŞƏT-ə və BRİCS-əüzv olmaq istəyini təqdir edərdim”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsi   - Qüdrət bəy, Azərbaycan...

Azərbaycan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcək

Azərbaycan Türk dövlətləri ilə münasibətlərinə mühüm əhəmiyyət verir. Son illər Azərbaycan Prezidenti cənab İlham Əliyev Mərkəzi Asiya ölkələrinə, region dövlət...

Naxçıvan Futbol Federasiyasının yeni sədri seçildi

Naxçıvan Futbol Federasiyasının yeni sədri seçilib.   Sfera.az xəbər verir ki, bu gün federasiyanın keçirilən yığıncağın gündəliyində Naxçıvan Muxtar...