İlham Əliyev: "Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb"

İlham Əliyev: "Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb"

Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb, bununla da Çin bazarında öz məhsullarını təşviq etməyə çalışır. Həmçinin biz Çin Xalq Respublikasından Azərbaycana ixracın artmasından məmnunuq.

 

Sfera.az xəbər verir ki, bunları Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə deyib.

 

“Yenidən görüşməyimizə çox şadam. Siz qeyd etdiyiniz kimi, ölkələrimiz yaxın tərəfdaşlardır və bu gün qəbul ediləcək Bəyannamə Çin Xalq Respublikasını və Azərbaycanı rəsmi olaraq strateji tərəfdaşlara çevirir. Hesab edirəm ki, bu, böyük nailiyyətdir, həmçinin yüksək məsuliyyətdir. Biz gələcəkdə də fəal qarşılıqlı fəaliyyət göstərmək, ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə möhkəmləndirmək niyyətindəyik.

 

Şadam ki, Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır və ölkələrimiz arasında hərtərəfli münasibətlərin inkişafına mühüm impuls verir. Beynəlxalq strukturlarda qarşılıqlı dəstəyi, ikitərəfli səviyyədə qəbul edilən müxtəlif sənədlərdə ölkələrimizin ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsinin ifadə olunmasını xüsusi vurğulamaq istərdim.

 

Eyni zamanda, ölkələrimizin nazirləri, idarələri, dövlət strukturları, ictimai təşkilatları səviyyəsində fəal diplomatiyanı, Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında məhsuldar əməkdaşlığı qeyd etmək istərdim. Bütün bunlar əlaqələrimizi möhkəmləndirir.

 

Ölkələrimiz arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir, o, 3 milyard dollara çatıb və artım potensialına malikdir. Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb, bununla da Çin bazarında öz məhsullarını təşviq etməyə çalışır. Həmçinin biz Çin Xalq Respublikasından Azərbaycana ixracın artmasından məmnunuq.

 

COVID-19 epidemiyası zamanı göstərilən köməyə görə bir daha Sizə minnətdarlığımı bildirmək istərdim. Mənim Sizə yazılı müraciətimə dərhal müsbət reaksiya verildi və Azərbaycana minlərlə insanın həyatını xilas edən milyon dozadan çox vaksin çatdırıldı. Azərbaycan bu sınaqdan, ilk növbədə, Sizin dostluq münasibətiniz və çətin vaxtda bizə köməyiniz sayəsində ən az itkilərlə çıxan ölkələr sırasında oldu.

 

Qeyd etmək istərdim ki, investisiya əməkdaşlığının perspektivləri artıq əyani şəkildə görünür. Son hadisələr arasında elektromobillərin və elektrobusların tanınmış istehsalçısı – Çinin “BYD” şirkətinin Azərbaycanın strateji tərəfdaşı seçilməsini qeyd etmək istərdim. Əməkdaşlığın, elektrobusların və digər elektromobillərin birgə istehsalının ilk addımı olaraq müvafiq sənədlər imzalanıb. Əlbəttə, ölkələrimiz arasında yükdaşımaların artmasını xüsusi məmnunluqla qeyd edirəm”, - Azərbaycanın dövlət başçısı qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcək

Azərbaycan Türk dövlətləri ilə münasibətlərinə mühüm əhəmiyyət verir. Son illər Azərbaycan Prezidenti cənab İlham Əliyev Mərkəzi Asiya ölkələrinə, region dövlət...

Naxçıvan Futbol Federasiyasının yeni sədri seçildi

Naxçıvan Futbol Federasiyasının yeni sədri seçilib.   Sfera.az xəbər verir ki, bu gün federasiyanın keçirilən yığıncağın gündəliyində Naxçıvan Muxtar...

Polis özünü dənizə atan şəxsi xilas etdi

Bakıda 31 yaşlı kişi özünü dənizə ataraq intihara cəhd edib.   Sfera.az xəbər verir ki, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb.   Be...

Kamaləddin Qafarov: “Azərbaycan ölkələr arasında körpü yaratmaq siyasəti yürüdür ”

"Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu ölkəmizin hətta üzv olmadığı bir çox mötəbər beynəlxalq təşkilatların işində yaxından iştirakını şərtləndirə...

Xalq artisti dosent attestatı aldı

Xalq artisti Gülyanaq Məmmədova dosent attestatı alıb.   Sfera.az xəbər verir ki, bu barədə  özü məlumat yayıb:   “Dosent attes...

İlham Əliyev İranın yeni prezidentini təbrik etdi

Prezident İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki...