XİN: "Azərbaycanla Rusiya arasında qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq mövcuddur"

XİN: "Azərbaycanla Rusiya arasında qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq mövcuddur"

Azərbaycanla Rusiya arasında qarşılıqlı hörmət və etimada əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlıq əlaqələri mövcuddur.

 

Sfera.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli mətbuatın Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü barədə suallarına cavabında deyib.

 

A.Hacızadə qeyd edib ki, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar, təhsil və bir çox digər istiqamətlərdə əməkdaşlığı inkişaf edib: “Ölkələrimiz öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda prinsiplərinə sadiqlik əsasında qururlar.

 

İki ölkənin liderləri mütəmadi əsasda görüşür, qarşılılıq səfərlər həyata keçirirlər. Sonuncu dəfə, 22 aprel tarixində Prezident İlham Əliyev Rusiyada səfərdə olub və əhəmiyyətli görüşlər keçirib. Astanada keçirilmiş görüş iki ölkə arasında əməkdaşlıq əlaqələrinin müzakirə edilməsi, əldə olunmuş razılıqların icrası məsələləri və gələcək planların müzakirəsi baxımından da faydalı olub. Dövlət başçıları həmçinin ŞƏT və digər beynəlxalq platformalarda əməkdaşlıq məsələlərini, onun perspektivlərini, eləcə də aktual beynəlxalq və regional problemləri nəzərdən keçiriblər”.


OXŞAR XƏBƏRLƏR

“AzərbaycanınŞƏT-ə və BRİCS-əüzv olmaq istəyini təqdir edərdim”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsi   - Qüdrət bəy, Azərbaycan...

Azərbaycan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcək

Azərbaycan Türk dövlətləri ilə münasibətlərinə mühüm əhəmiyyət verir. Son illər Azərbaycan Prezidenti cənab İlham Əliyev Mərkəzi Asiya ölkələrinə, region dövlət...

Naxçıvan Futbol Federasiyasının yeni sədri seçildi

Naxçıvan Futbol Federasiyasının yeni sədri seçilib.   Sfera.az xəbər verir ki, bu gün federasiyanın keçirilən yığıncağın gündəliyində Naxçıvan Muxtar...

Polis özünü dənizə atan şəxsi xilas etdi

Bakıda 31 yaşlı kişi özünü dənizə ataraq intihara cəhd edib.   Sfera.az xəbər verir ki, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb.   Be...

Kamaləddin Qafarov: “Azərbaycan ölkələr arasında körpü yaratmaq siyasəti yürüdür ”

"Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu ölkəmizin hətta üzv olmadığı bir çox mötəbər beynəlxalq təşkilatların işində yaxından iştirakını şərtləndirə...

Xalq artisti dosent attestatı aldı

Xalq artisti Gülyanaq Məmmədova dosent attestatı alıb.   Sfera.az xəbər verir ki, bu barədə  özü məlumat yayıb:   “Dosent attes...