Bəyannamə: "Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir"

Bəyannamə: "Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir"

Çin tərəfi Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir.

 

Sfera.az-ın məlumatına görə, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də əksini tapıb.

 

Sənəddə qeyd edilib ki, Çin konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir.

 

Vurğulanıb ki, tərəflər Birləşmiş Millətlər Təşkilatının himayəsi altında beynəlxalq sistemi birgə dəstəkləyəcək, beynəlxalq hüquqa əsaslanan beynəlxalq qaydaya, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə söykənən beynəlxalq münasibətlərin əsas normalarına riayət edəcəklər:

 

“Azərbaycan və Çin hegemonluğa və güc siyasətinə qarşıdır. Tərəflər real çoxtərəfliliyə sadiqdir, Birləşmiş Millətlər Təşkilatının beynəlxalq məsələlərdə konstruktiv rolunu dəstəkləyir, həmçinin BMT çərçivəsində əməkdaşlığı gücləndirməyə davam etməyə hazırdır. Tərəflər bəşəriyyətin ümumi dəyərlərinin – sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqinin tərəfdarıdırlar, eyni zamanda bəşəriyyətin vahid taleli cəmiyyətinin və yeni beynəlxalq münasibətlər sisteminin yaradılmasını dəstəkləyirlər”, - bəyannamədə deyilir.

 

Tərəflər milli, eləcə də regional və qlobal təhlükəsizliyin ən vacib məsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlamağa, etimadı möhkəmləndirməyə, öz dövlətinin ərazisindən hər hansı bir qüvvənin digər tərəfə qarşı hərəkət etmək üçün istifadə etməsinə imkan verməməyə hazır olduqlarını bəyan ediblər.


OXŞAR XƏBƏRLƏR

Prezidentin şuşalılarla səmimi SÖHBƏTİ

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan lideri Şavkat Mirziyoyev və Qırğız Respublikasının başçısı Sadır Jap...

Siqaret yaşlı insanların zehni qabiliyyətlərini azaldır

Siqaretin qocalıqda zehni geriləmə sürətinə təsir edən əsas həyat tərzi faktoru olduğu sübut edilib.    Sfera.az xəbər verir ki, London Universi...

Mişel Obama ABŞ prezident seçkisində iştirakdan imtina etdi

Co Bayden və Donald Tramp arasındakı debat demokratlar üçün ağır zərbə olub və keçmiş ABŞ prezidentinin vəzifəyə qayıtma şansını artırıb.   Sfera.az ...

Sumqayıtda üzərinə şüşə düşən 12 yaşlı qız öldü

Sumqayıtda bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, şəhərin 1-ci mikrorayonunda üzərinə şüşə düşməsi nəticəsində 2012-ci il təvəllüd...

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlandı

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında 1/4 final oyununun (2:1) ən yaxşı futbolçusu bəlli olub. &n...

Prezidentlərin Şuşada qeyri-rəsmi naharı oldu

İyulun 5-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin və Qırğız Respublikasının Pre...