"Əhalinin kasıb təbəqəsi ictimai nəqliyyatdan güzəştli qiymətlərlə istifadə etsin" - Deputatdan TƏKLİF

"Əhalinin kasıb təbəqəsi ictimai nəqliyyatdan güzəştli qiymətlərlə istifadə etsin" - Deputatdan TƏKLİF

“İctimai nəqliyyatda ödəniş vasitələri və metodlarının beynəlxalq standartlara tam uyğunlaşdırılması vacibdir”.

 

Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Millət vəkilinin sözlərinə görə, son illər ictimai nəqliyyat sektorunda institutsional islahatlar dərinləşib:

 

“Əksər inkişaf etmiş ölkələrdə, o cümlədən qardaş Türkiyədə ictimai nəqliyyatda differensial qiymətlər tətbiq edilir. Cəmiyyətin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqələri güzəştli qiymətlərlə nəqliyyatdan istifadə edə bilərlər. Bu baxımdan Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsinə ehtiyac var. Tələbələr üçün güzəştli qiymətlərlə  “Tələbə Nəqliyyat Kartı”nın tətbiqi mümkündür. Bu zaman tələbələrin müəyyən güzəştlə ictimai nəqliyyatdan istifadəsi məqsədəuyğun olardı. Tələbələrin elektron bazasının yaradılması qısa zamanda mümkündür və həmin baza əsasında kartların satışı həyata keçirilə bilər. Həmin kartlardan başqalarının istifadə etməməsi üçün isə maliyyə cəriməsi daxil olmaqla, güzəştli hüququn itirilməsi kimi cəzaların müəyyənləşdirilməsi mümkündür”.

 

Deputat bildirib ki, gündəlik, həftəlik və aylıq kartların tətbiqinə də ehtiyac var:

 

“Bu zaman müddətindən asılı olaraq 10-30 faiz intervalında güzəştlər tətbiq edilə bilər. Bu, vətəndaşın müddətli kartdan faydalanmaqla, aşağı qiymətə ictimai nəqliyyatdan istifadə etməsinə imkan verəcək. Həmçinin nəqliyyat qurumlarına birdəfəlik gəlirlərin daxil olmasına şərait yaradacaq. Nəticədə, ictimai nəqliyyata məsul olan qurumlar bununla da çevik sərmayə imkanlarını genişləndirə biləcəklər. Bir sıra ölkələrdə mövsümü güzəştlər də tətbiq olunur. Güman edirəm ki, bu güzəştlərdən gələcəkdə istifadə oluna bilər”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...