Putin Qazaxıstanda səfərdədir - ŞƏT-in iclasında İŞTİRAK EDƏCƏK

Putin Qazaxıstanda səfərdədir - ŞƏT-in iclasında İŞTİRAK EDƏCƏK

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın paytaxtı Astanaya səfər edib.

 

Sfera.az bildirir ki, o, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək. Putini hava limanında Qazaxıstan Baş naziri Oljas Bektenov qarşılayıb.

 

Səfər çərçivəsində Rusiya dövlət başçısı həmçinin Çin, Türkiyə və Azərbaycan liderləri ilə bir sıra ikitərəfli danışıqlar aparacaq. Qazaxıstana həmçinin ŞƏT-in Baş katibi Zhang Minq və BMT-nin baş katibi Antonio Quterreş də gəlib.

 

Qeyd edək ki, ŞƏT sammiti iyulun 3-4-də Astanada Müstəqillik Sarayında keçiriləcək.

 

Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci il iyunun 15-də Şanxayda yaradılıb. Bura əvvəlcə altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan daxil idi. Hindistan və Pakistan 2017-ci ildə, İran isə 2023-cü ildə təşkilata qoşulub. Belarusun təşkilata daxil olma prosesinin yaxın vaxtlarda başa çatacağı gözlənilir.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...