Leyla Əliyevanın DOĞUM GÜNÜDÜR

Leyla Əliyevanın DOĞUM GÜNÜDÜR

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür.

 

Sfera.az xəbər verir ki, Leyla Əliyeva 3 iyul 1985-ci ildə Moskva şəhərində anadan olub. 1989-2000-ci illərdə Bakı şəhərində 160 saylı tam orta məktəbdə təhsil alıb. 2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistratura pilləsində təhsil alıb.

 

Leyla Əliyeva 10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2011-ci ildən isə Fondun vitse-prezidentidir. O, Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara böyük diqqət yetirir. O, öz ad gününü ənənəvi olaraq qayğı göstərdiyi və yorulmadan kömək etdiyi uşaqların yanında keçirir. L.Əliyeva yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə yardım göstərir.

 

Bundan başqa, Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir. Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR Rusiyada ən fəal və nüfuzlu gənclər strukturuna çevrilib. Təşkilatın coğrafi məkanı daim genişlənir, onun himayəsi altında keçirilən tədbirlərin sayı artır. Leyla Əliyevanın rəhbərliyi altında AMOR Rusiya sakinlərini Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış etmək üçün fəal çalışır. Eyni zamanda, AMOR üzvü olan gənc azərbaycanlılar öz köklərini unutmur və Vətənlə sıx bağlılığı hiss edirlər.

 

Leyla Əliyeva 2007-ci il dekabrın 19-da Moskvada "Baku" jurnalını təsis edib. 2008-ci il mayın 8-dən start götürmüş "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarıdır. Artıq 13 ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada - Avropadan Amerikayadək - yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir. Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə verib və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaradıb.

 

2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. 2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə "Key to life" fəxri mükafatına layiq görülüb. 12 sentyabr 2012-ci ildə "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" medalı ilə təltif olunub.

 

IDEA-nın təsisçisi olan Leyla Əliyeva 5 aprel 2013-cü ildə "Ekoloji mühitin qorunmasına görə" xüsusi beynəlxalq şərəf mükafatı ilə də mükafatlandırılıb.

 

Qeyd edək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" layihəsi çərçivəsində onlarla həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. Təsis edildiyi gündən Birliyin dəstəyi ilə ölkədə milyonlarla ağac əkilib.

 

Leyla Əliyeva, həmçinin, sosial və ekoloji layihələri özündə birləşdirən "Məktəb bağları" layihəsinin təşəbbüskarıdır. Layihənin birinci aksiyası zamanı Bakı məktəblərindən birinin həyətində Leyla Əliyevanın iştirakı ilə 100 ədəd badam, gavalı və nar ağacı əkilib. Bundan başqa, Leyla Əliyeva 2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima "Knyaginya Olqa" ordeni və "Volqoqrad vilayəti qarşısında xidmətlərə görə" medalı ilə təltif olunub. 2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb.

 

20 oktyabr 2015-ci ildə "Puşkin" medalı ilə təltif olunub. 2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin "Xidmətlərə görə" medalına layiq görülüb.

 

Leyla Əliyeva həm də yaradıcı insandır. O, şeirlər yazır, rəsm çəkir. Bundan başqa, "Əli və Nino" filminin icraçı prodüseri olub, eləcə də, "Bakı, mən səni sevirəm" kinolayihəsinə rəhbərlik edib.

 

Məlumat üçün bildirək ki, Leyla Əliyeva iki oğul, bir qız anasıdır.

 

 


OXŞAR XƏBƏRLƏR

Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO

Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi zirvə toplantısının keçiriləcəyi Şuşa şəhərində konsert proqramı təşkil edilib.   Sfera.az bildirir ki...

Prezidentlər Şuşada gəzintiyə çıxdılar

Azərbaycan Prezidenti İlham Əliyev, ölkədə səfərdə olan Özbəkistan Prezidenti Şövkət Mirziyayev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Ş...

ŞƏT çərçivəsində əməkdaşlığın Türk inteqrasiya proseslərinə töhfəsi - ŞƏRH

Prezident İlham Əliyev Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında Fəxri qonaq qismində iştirak edib. Bu səfər 2022-ci ildə ŞƏT-in Özb...

Ağdərənin əhalisinin sayı açıqlandı

Bərpa edilmiş Ağdərə rayonunun əhalisinin sayı məlum olub.   Sfera.az xəbər verir ki, bu barədə Report-a Dövlət Statistika Komitəsindən məlumat ...

İlham Əliyev Ersin Tatarı qəbul etdi - FOTO

​​​​​Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib. &nb...

Bu kolleclərə direktorlar təyin olundu- FOTO

Kolleclərə yeni direktorlar təyin olunub. Sfera.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Şəhriyar Laçınov Azərbaycan Dö...