Ədliyyə nazirinə yeni müşavir TƏYİN OLUNDU

Ədliyyə nazirinə yeni müşavir TƏYİN OLUNDU

Seyfəlpaşa Əliyev Ədliyyə nazirinin müşaviri vəzifəsinə təyin edilib.

 

Sfera.az xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.

 

Qeyd edək ki, Seyfəlpaşa Əliyev 1992-ci ildə anadan olub. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə bakalavr və kommersiya hüququ ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirib. 2024-cü ildə Böyük Britaniya hökumətinin nüfuzlu Çivninq (Chevening) Təqaüd Proqramı çərçivəsində Kembric Universitetinin hüquq üzrə magistr proqramında təhsil alıb.

 

Əmək fəaliyyətinə 2015-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsində aparıcı məsləhətçi olaraq başlayıb.

 

S.Əliyev 2016-2020-ci illərdə Məhkəmə Hüquq Şurasının Aparatında, Aparatın Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi sektorunda müxtəlif vəzifələrdə, 2020-ci ildən bu vəzifəyə təyin olunanadək isə həmin sektorun müdiri vəzifəsində çalışıb.

 

O, həmçinin 2018-2022-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.(Report)


OXŞAR XƏBƏRLƏR

Gəncədə 25 nəfər saxlanıldı

Gəncə şəhərində polis əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq sakinlərin narazılığına səbəb olan şəxslərlə bağlı ...

Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO

Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi zirvə toplantısının keçiriləcəyi Şuşa şəhərində konsert proqramı təşkil edilib.   Sfera.az bildirir ki...

Prezidentlər Şuşada gəzintiyə çıxdılar

Azərbaycan Prezidenti İlham Əliyev, ölkədə səfərdə olan Özbəkistan Prezidenti Şövkət Mirziyayev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Ş...

ŞƏT çərçivəsində əməkdaşlığın Türk inteqrasiya proseslərinə töhfəsi - ŞƏRH

Prezident İlham Əliyev Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında Fəxri qonaq qismində iştirak edib. Bu səfər 2022-ci ildə ŞƏT-in Özb...

Ağdərənin əhalisinin sayı açıqlandı

Bərpa edilmiş Ağdərə rayonunun əhalisinin sayı məlum olub.   Sfera.az xəbər verir ki, bu barədə Report-a Dövlət Statistika Komitəsindən məlumat ...

İlham Əliyev Ersin Tatarı qəbul etdi - FOTO

​​​​​Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib. &nb...