Baş nazir yeni qərar İMZALADI

Baş nazir yeni qərar İMZALADI

Dəmiryol nəqliyyatı haqqında Nizamnamə təsdiqlənib.


Sfera.az-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

 

Nizamnamə ümumi və qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatının fəaliyyətinin təşkilati əsaslarını müəyyən edir.

 

Ümumi istifadədə olan dəmiryol nəqliyyatı xidmətlərinin tarifləri, normativ hüquqi aktlarla müəyyən edilən məhdudiyyətlər və digər tələblər barədə məlumatlar ümumi istifadəli dəmiryol nəqliyyatı infrastrukturunun sahibi (bundan sonra - infrastruktur sahibi) və daşıyıcı tərəfindən onların internet informasiya ehtiyatında, qeyriümumi istifadəli dəmiryol nəqliyyatının fəaliyyətinin və ya daşıma prosesinin ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsini təmin edən dəmir yollarının, dəmiryol stansiyalarının, elektrik təchizatı tikili və qurğularının, rabitə şəbəkələrinin, siqnalizasiya, mərkəzləşmə və bloklama sistemlərinin, informasiya komplekslərinin, hərəkəti idarəetmə sistemlərinin, digər bina, tikili, meydança, qurğu, qoruyucu tikili və avadanlıqlarların (bundan sonra - qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatı obyektləri) sahibləri tərəfindən isə onların internet informasiya ehtiyatında və ya elan lövhələrində yerləşdirilir.

 

Sifarişlər (dövlət sirri təşkil edən məlumatların olduğu sifarişlər istisna olmaqla) infrastruktur sahibi və daşıyıcı tərəfindən onların internet informasiya ehtiyatı üzərindən qəbul edilir.

 

Nizamnamədə istifadə olunan anlayışlar “Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları”nda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.


OXŞAR XƏBƏRLƏR

Xocalı Hava Limanının mövcud uçuş-enmə zolağının uzunluğu və eni GENİŞLƏNDİRİLƏCƏK

Xocalı Hava Limanının infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra təkmilləşdirmə işlərinin aparılması nəzərdə tutulub. Belə ki, mövcud uçuş-enmə zo...

Türkiyə ordusu İraqda yeni əməliyyat KEÇİRDİ

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pəncə-Kilit” bölgəsində yeni əməliyyat keçirib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiy...

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında İŞTİRAK ETDİ - FOTO - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib.   Sfer...

Prezident Xankəndidə “Palace” hotelinin açılışında İŞTİRAK ETDİ - FOTO - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştir...

Özbəkistan Prezidenti Azərbaycana SƏFƏRİ BAŞLADI - YENİLƏNDİ

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədil...

İlham Əliyev Xankəndi Konqres Mərkəzinin təməlini qoydu - FOTO - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi Konqres Mərkəzinin təməlini qoyub.   Sfera.az xəbər verir ki, dövlətimizin ba...