Azərbaycan səfiri etimadnaməsini Konqo Respublikasının Prezidentinə TƏQDİM ETDİ

Azərbaycan səfiri etimadnaməsini Konqo Respublikasının Prezidentinə TƏQDİM ETDİ

Azərbaycan Respublikasının iqamətgahı Nayrobi şəhərində olmaqla Konqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev etimadnaməsini bu ölkənin Prezidenti cənab Deni Sassu-Nqessoya təqdim edib.

 

Bu barədə Sfera.az-a Azərbaycan Respublikasının Keniya Respublikasındakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso, salamlarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırmağı xahiş edib. O, səfirə yeni fəaliyyətində uğurlar arzulayıb.

 

Səfir öz növbəsində, Azərbaycan Prezidentinin Konqo Prezidentinə və xalqına salamlarını, xoş arzularını çatdırıb. Ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

 

Konqo Prezidenti bu ilin aprel ayında Azərbaycana səfərini və Azərbaycan Prezidenti ilə keçirdiyi görüşü yüksək təəssüratla xatırlayaraq ölkələrimiz arasında mövcud olan dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində dinamik işbirliyindən məmnuniyyətini diqqətə çatdırıb.

 

Səfir bildirib ki, Azərbaycan 2-5 iyul tarixlərində Brazzavil şəhərində keçirilən Meşələrin Qorunması üzrə Birinci Beynəlxalq Konfransda ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayevin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunur. O, Prezident İlham Əliyevin konfransın gələcək nəsillər üçün planetimizin meşə örtüyünün mühafizəsi və artırılması məsələlərinin həlli yollarını tapmaq, ekoloji təmiz və dayanıqlı gələcəyə nail olmaq məqsədlərinə töhfə verəcəyinə inamını çatdırıb.

 

Həmçinin, məlumat verilib ki, Azərbaycan COP29-un ev sahibi olmaqla bərabər, 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə (WED2026) də ev sahibliyi edəcək.


OXŞAR XƏBƏRLƏR

Fransa Liqa 1 klubu heyətini yeni futbolçu ilə GÜCLƏNDİRDİ

Fransa təmsilçisi "Lyon" heyətini yeni futbolçu ilə gücləndirib.   Sfera.az xəbər verir ki, Pyer Sajın rəhbərlik etdiyi klub İngiltərənin &...

KİV: "Orban Kiyev səfərindən sonra Moskvaya getməyi planlaşdırır"

Macarıstanın Baş naziri Viktor Orban Kiyev səfərindən sonra iyulun 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir.   Sfera.a...

Şəkidə fərdi yaşayış evində yanğın BAŞ VERDİ

Şəkidə hazırda yaşayış olmayan və sahibi bilinməyən fərdi yaşayış evində yanğın baş verib.   Sfera.az-ın məlumatına görə, axşam saatlarında rayonun Ç...

Mavritaniya sahillərində qayıq qəzası nəticəsində 87 miqrant BOĞULDU

Mavritaniyanın cənub-qərb sahillərində qayıq qəzası nəticəsində 87 miqrant həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə "Əl Akhbar" inf...

Azərbaycanlı müğənninin ailəsində faciə: 3 nəfər öldü -FOTO

“Döngə” qrupunun solisti Nərmin Behbudovanın ailəsində faciə baş verib.   Sfera.az Olay.az-a istinadən xəbər verir ki, sənətçi bu bu barə...

Bu ölkənin prezidentinin qızı həmcinsi ilə sevgilidir - FOTO

Kamerunun hazırkı prezidentinin qızı Brenda Biya qanuna zidd hərəkət etsə də, həbs olunmayıb, bununla da ölkədə eynicinsli münasibətlərə qoyulan qadağanı pozub....