Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verildi

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verildi

Media nümayəndələrinin COP29-a akkreditasiyası üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) akkreditasiya platformasının fəaliyyətinə start verilib.

 

COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən Sfera.az-a verilən xəbərə görə, 2 iyul tarixindən etibarən portal vasitəsilə dünyanın hər yerindən media nümayəndələri UNFCCC Katibliyinə akkreditasiya üçün müraciət edə bilərlər.

 

COP29 konfransı media nümayəndələri üçün planetimizin gələcəyini formalaşdıracaq konstruktiv müzakirələr, əlamətdar qərarlar və dayanıqlı gələcək üçün atılan birgə addımları dünya ictimaiyyətinə çatdırmağa unikal imkan yaradacaq. Belə ki, COP29-a akkreditə olunmuş jurnalistlər konfrans çərçivəsində media üçün nəzərdə tutulmuş peşəkar məzmun və infrastruktura birbaşa çıxış əldə etməklə yüksək səviyyəli danışıqları əyani və ya onlayn şəkildə izləmək, konfransın rəsmi proqramına birbaşa çıxış əldə etmək, iqlim dəyişmələri sahəsində elmi və texnoloji yeniliklərdən xəbərdar olmaq kimi bir sıra imkanlardan, eləcə də konfransın rəqəmsal qlobal auditoriya platformasından yararlana biləcəklər. COP29-un Yaşıl və Mavi zonalarına giriş imkanı yaradan akkreditasiya ilə jurnalistlər həmçinin tədbir çərçivəsində təşkil ediləcək mətbuat konfransları, brifinqlər və digər media tədbirlərinə qatıla biləcək, eyni zamanda tədbir məkanında yerləşən mətbuat mərkəzlərinə və media zonalara giriş əldə edəcəklər. Yaşıl Zonaya girişi təmin edən akkreditasiya növü üzrə isə qeydiyyat COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən aparılacaq və yaxın zamanda elan ediləcək.

 

Bilavasitə UNFCCC tərəfindən müəyyən edilmiş tələb və prosedurlara əsasən təşkil olunan akkreditasiya prosesi Konvensiyanın rəsmi saytında mövcud olan qeydiyyat portalı vasitəsilə aparılmaqdadır. Akkreditasiya çap və onlayn media orqanları, televiziya və radio təmsilçiləri, fotojurnalistlər və digər media nümayəndələrinə təqdim olunacaq. Elektron platformada qeydə alınan ərizələr UNFCCC tərəfindən qiymətləndiriləcək və akkreditasiya məyarlarına cavab verən media nümayəndələri təsdiq bildirişini aldıqdan sonra asanlıqla qeydiyyatı tamamlaya biləcək.

 

Hər bir COP konfransında olduğu kimi, bu il keçiriləcək COP29-a da geniş miqyasda media nümayəndələrinin qatılması gözlənilir. Bu səbəbdən, media iştirakçılığının səmərəli təşkilinin təmin edilməsi və bütün lazımi texniki hazırlıqların icrası üçün müraciətlərin qısa müddət ərzində təqdim edilməsi tövsiyə edilir.

 

Prosedurla bağlı daha ətraflı məlumat əldə etmək üçün [email protected] elektron ünvanına müraciət oluna bilər.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə FETÖ-yə qarşı əməliyyat -108 nəfər saxlanıldı

Türkiyənin 29 rayonunda Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali ...

Bu il 190 minə yaxın rusiyalı ordu ilə müqavilə BAĞLADI

2024-cü ildə Rusiya Federasiyasının 190 minə yaxın vətəndaşı Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəs...

Azərbaycanlı müğənni əməliyyat olunacaq: "Böyrəklərimdə..." - FOTO

Müğənni Elşad Qarayev əməliyyat olunacaq.   Sfera.az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Xəzər axşamı" proqramında deyib. O...

Məşhur müğənni xərçəngə tutuldu- FOTO

Rok musiqisinin məşhur adlarından biri, 4 dəfə Grammy mükafatının sahibi “Heart” qrupunun solisti Enn Uilson xərçəng xəstəliyinə tutulub.   ...

Putin: "Trampın Ukraynada sülh ilə bağlı bəyanatlarını ciddi qəbul edirik"

Rusiya ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişəni dayandırmaq istəməsinə ciddi yanaşır.   Sfera.az xəbər verir ki, bunu Rusiya p...

Moldova hökuməti İrəvan-Kişinyov avisreysləri üçün ciddi tələblər müəyyən etdi

Ermənistanın “Flyone-Armenia” aviaşirkəti İrəvandan Moldovaya uçan təyyarənin sərnişinləri barədə məlumatı qarşı tərəfə verməlidir.   Sfe...