Pensiya artımları kimlərə şamil olunacaq? – Millət vəkilindən AÇIQLAMA

Pensiya artımları kimlərə şamil olunacaq? – Millət vəkilindən AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyev "Əmək pensiyaları haqqında" qanuna dəyişiklikləri təsdiq edib". 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 

“Yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır. Belə ki, qanuna edilən dəyişikliyin bir istiqaməti də 81-100 faiz sağlamlıq imkanlarını itirən hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla əlaqədardır. Hazırda onlara təminat xərclərinin 60 faizi məbləğində pensiya təyin olunur. Yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10 faiz artırılmasını nəzərdə tutur. İndi bu vətəndaşlar təminat xərclərinin 60 deyil, 70 faizi həcmində pensiya ala biləcəklər. Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq. Digər əlavələri də nəzərə alsaq, bu həmin vətəndaşlarımızın pensiyalarında daha yüksək artımlara səbəb olacaq.

 

Deputat bildirib ki, yeni dəyişiklik pro-aktiv, yəni elektron pensiya təminatını da gücləndirəcək:

 

"Belə ki, əmək pensiyasında təyinat zamanı vətəndaşlarımız üçün pensiya seçimində daha yüksək məbləğə avtomatik üstünlük veriləcək. Bu isə prosedurlardan keçmədən, qısa zamanda pensiya təminatına imkan yaradacaq”.

 

Ülkər Abdurahmanlı
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı müğənni əməliyyat olunacaq: "Böyrəklərimdə..." - FOTO

Müğənni Elşad Qarayev əməliyyat olunacaq.   Sfera.az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Xəzər axşamı" proqramında deyib. O...

Məşhur müğənni xərçəngə tutuldu- FOTO

Rok musiqisinin məşhur adlarından biri, 4 dəfə Grammy mükafatının sahibi “Heart” qrupunun solisti Enn Uilson xərçəng xəstəliyinə tutulub.   ...

Putin: "Trampın Ukraynada sülh ilə bağlı bəyanatlarını ciddi qəbul edirik"

Rusiya ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişəni dayandırmaq istəməsinə ciddi yanaşır.   Sfera.az xəbər verir ki, bunu Rusiya p...

Moldova hökuməti İrəvan-Kişinyov avisreysləri üçün ciddi tələblər müəyyən etdi

Ermənistanın “Flyone-Armenia” aviaşirkəti İrəvandan Moldovaya uçan təyyarənin sərnişinləri barədə məlumatı qarşı tərəfə verməlidir.   Sfe...

Putin: "Taliban terrorla mübarizədə bizim müttəfiqlərimizdir"

Taliban hərəkatı Əfqanıstanda hakimiyyətə nəzarət edir.   Sfera.az xəbər verir ki, bu barədə o, Astanada Şanxay Əməkdaşlıq Təşkilatı sammitindən sonr...

Türkiyə və Belarus prezidentləri Rusiya-Ukrayna böhranının nizamlanmasını MÜZAKİRƏ ETDİLƏR

Türkiyə və Belarus dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Aleksandr Lukaşenko Astanada keçirilən ŞƏT sammiti çərçivəsində Rusiya-Ukrayna böhranının nizamlanma...