"Füzulidə aparılan ilk əsas işlərdən biri mina təmizlənməsi əməliyyatıdır" - Ümid İsazadə

"Füzulidə aparılan ilk əsas işlərdən biri mina təmizlənməsi əməliyyatıdır" - Ümid İsazadə

"Aparılan ilk əsas işlərdən biri mina təmizlənməsi əməliyyatıdır".

 

Sfera.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə Füzulidə media nümayəndələri üçün təşkil olunmuş brifinqdə deyib.

 

"Bundan sonra baza strukturunun qurulması işləri aparılır. Əlavə olaraq, şəhər işıq, su və qazla tam təmin olunub. 822 ailə artıq işğaldan azad olunmuş Füzuli şəhərinə qayıdıb. Onların sevincini sosial şəbəkələrdəki videolardan da görə bilərsiniz". 

 

Nümayəndəlik rəsmisi bildirib ki, köçən əhalinin əmək qabiliyyəti tam detallı təhlil edilir və hər kəsə uyğun olan ərazidəki vakansiyalar üzrə işlənilir:

 

"Onlar həm dövlət, həm özəl müəssisələrdə işləyə, eyni zamanda fərdi sahibkar ola bilərlər. 1300 kv. metrdən çox qeyri-yaşayış ərazisi Füzuli sakinlərinə verilib. 110 sakinin müraciətinə baxırıq. Onlar da yaxında qeyri-yaşayış sahələri ilə təmin olunacaqlar. Ərazidə sənaye zonası da var. Bitdikdən sonra sahibkarlar orada öz işlərini qura biləcəklər". 

 

Ü.İsazadə qarşıdakı işlər barədə də məlumat verib:

 

"Ərazidə qardaş ölkə Özbəkistanın tikdirdiyi 960 yerlik Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, 600 yerlik uşaq yaradıcılıq mərkəzi yerləşir, 240 yerlik bağça tikilir, 180 yerlik xəstəxana isə tikiləcək. Tikilmiş 38 binanın yanında park da yerləşir. Əlavə olaraq, böyük mərkəzi park da tikiləcək. Birinci yaşayış məhəlləsindən əlavə ikinci və üçüncü yaşayış məhəllələrinin layihələndirilməsi də davam etdirilir. 6 kəndin təməli qoyulub. Dövlətyarlı kəndinin torpaq tikinti işləri bitib. İlkin mərhələdə 450 evin tikintisi nəzərdə tutulub. Dədəli kəndində də torpaq işlərinin yaxın zamanda başlanılması nəzərdə tutulur". 


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Prezident Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış etdi - YENİLƏNDİ - 3

İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib.   Sfera.az xəbər verir ki, Azərbaycan Respubli...

Kamran Əliyev İraqın Ali Məhkəməsinin sədri və Baş prokuroru ilə GÖRÜŞDÜ

İyulun 4-də Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan İraq Ali Məhkəmə Şurasının sədri cənab Faiq Zidan və Dövlət Prokurorluğunun sədri Nacmu Ab...

Türkiyədə FETÖ-yə qarşı əməliyyat -108 nəfər saxlanıldı

Türkiyənin 29 rayonunda Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali ...

Bu il 190 minə yaxın rusiyalı ordu ilə müqavilə BAĞLADI

2024-cü ildə Rusiya Federasiyasının 190 minə yaxın vətəndaşı Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəs...

Azərbaycanlı müğənni əməliyyat olunacaq: "Böyrəklərimdə..." - FOTO

Müğənni Elşad Qarayev əməliyyat olunacaq.   Sfera.az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Xəzər axşamı" proqramında deyib. O...

Məşhur müğənni xərçəngə tutuldu- FOTO

Rok musiqisinin məşhur adlarından biri, 4 dəfə Grammy mükafatının sahibi “Heart” qrupunun solisti Enn Uilson xərçəng xəstəliyinə tutulub.   ...