"Kiyev Moskva ilə yalnız yayın sonuna qədər dialoq apara bilər" - Yuri Kot

"Kiyev Moskva ilə yalnız yayın sonuna qədər dialoq apara bilər" - Yuri Kot

"Kiyev Moskva ilə yalnız yayın sonuna qədər dialoq apara bilər".


Sfera.az xəbər verir ki, bunu rusiyalı politoloq Yuri Kot deyib. O, buna səbəb kimi Ukraynada yeganə legitim hökumətin - Ali Radanın- səlahiyyət müddətinin avqustun 28-də başa çatdığını göstərib.

 

“Bu müddətin uzadılması üçün prezident Milli Təhlükəsizlik Şurası vasitəsilə müvafiq müraciət təqdim etməlidir. Qanunsuz prezident necə bir şey təqdim edə bilər? Müvafiq olaraq, yayın sonuna qədər Rada qeyri-legitim olacaq. Sonra nə olacaq?",  –  politoloq bildirib.

 

"Bununla belə, Kiyev danışıqlar əvəzinə növbəti əks-hücuma hazırlaşmağa davam edir ki, bu da yenə uğursuzluqla nəticələnəcək", - Kot əlavə edib.

 

Xatırladaq ki, iyunun 30-da Zelenski "Philadelphia Inquirer"ə müsahibə verib və orada vasitəçilər vasitəsilə Rusiya Federasiyası ilə danışıqların mümkünlüyünü etiraf edib.


"Bəzi məsələlərin güllə ilə deyil, bu və ya digər dialoq formatı ilə həll olunacağı bir sənəd hazırlamaq olar”, - Ukrayna lideri qeyd edib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Putin: "Trampın Ukraynada sülh ilə bağlı bəyanatlarını ciddi qəbul edirik"

Rusiya ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişəni dayandırmaq istəməsinə ciddi yanaşır.   Sfera.az xəbər verir ki, bunu Rusiya p...

Moldova hökuməti İrəvan-Kişinyov avisreysləri üçün ciddi tələblər müəyyən etdi

Ermənistanın “Flyone-Armenia” aviaşirkəti İrəvandan Moldovaya uçan təyyarənin sərnişinləri barədə məlumatı qarşı tərəfə verməlidir.   Sfe...

Putin: "Taliban terrorla mübarizədə bizim müttəfiqlərimizdir"

Taliban hərəkatı Əfqanıstanda hakimiyyətə nəzarət edir.   Sfera.az xəbər verir ki, bu barədə o, Astanada Şanxay Əməkdaşlıq Təşkilatı sammitindən sonr...

Türkiyə və Belarus prezidentləri Rusiya-Ukrayna böhranının nizamlanmasını MÜZAKİRƏ ETDİLƏR

Türkiyə və Belarus dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Aleksandr Lukaşenko Astanada keçirilən ŞƏT sammiti çərçivəsində Rusiya-Ukrayna böhranının nizamlanma...

Putin: "Ərdoğanın siyasi iradəsi Rusiya-Türkiyə münasibətlərinin inkişafına kömək edir"

"Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın siyasi iradəsi Rusiya-Türkiyə münasibətlərinin inkişafına kömək edir. Bu münasibətlərə kimin mane olduğu hamıya məlu...

Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək

Müsavat Partiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.   Partiyanın mətbuat xidmətindən Sfera.az-a verilə...