Zelenski NATO-nun yeni Baş katibini TƏBRİK ETDİ

Zelenski NATO-nun yeni Baş katibini TƏBRİK ETDİ

Ukrayna lideri Volodimir Zelenski Hollandiyanın Baş naziri və NATO-nun gələcək Baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.

 

Sfera.az xəbər verir ki bu barədə o, Telegram kanalında məlumat verib.

 

Zelenski Kiyevi dəstəklədiyinə görə Rutte və Hollandiya hökumətinə təşəkkür edib, həmçinin onu Şimali Atlantika Alyansında rəhbər vəzifəyə təyin olunması münasibətilə təbrik edib. O qeyd edib ki, Ukrayna hakimiyyəti NATO-nun Baş katibi kimi Rutte ilə əlaqəni davam etdirəcək.

 

Xatırladaq ki, iyunun 26-da NATO səfirləri Hollandiyanın Baş naziri Mark Rutteni yeni baş katib kimi təsdiqləyiblər . Rutte Yens Stoltenberqi əvəz edəcək. Mətbuat xidmətindən bildiriblər ki, o, 2024-cü il oktyabrın 2-dən öz səlahiyyətlərinin icrasına başlayacaq.

 

Stoltenberq varisi Mark Rutteni güclü lider və “əsl transatlantik” kimi xarakterizə edib, onun Şimali Atlantika Alyansına başçı seçilməsini səmimiyyətlə alqışladığını söyləyib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Prezident Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış etdi - YENİLƏNDİ - 3

İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib.   Sfera.az xəbər verir ki, Azərbaycan Respubli...

Kamran Əliyev İraqın Ali Məhkəməsinin sədri və Baş prokuroru ilə GÖRÜŞDÜ

İyulun 4-də Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan İraq Ali Məhkəmə Şurasının sədri cənab Faiq Zidan və Dövlət Prokurorluğunun sədri Nacmu Ab...

Türkiyədə FETÖ-yə qarşı əməliyyat -108 nəfər saxlanıldı

Türkiyənin 29 rayonunda Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali ...

Bu il 190 minə yaxın rusiyalı ordu ilə müqavilə BAĞLADI

2024-cü ildə Rusiya Federasiyasının 190 minə yaxın vətəndaşı Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəs...

Azərbaycanlı müğənni əməliyyat olunacaq: "Böyrəklərimdə..." - FOTO

Müğənni Elşad Qarayev əməliyyat olunacaq.   Sfera.az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Xəzər axşamı" proqramında deyib. O...

Məşhur müğənni xərçəngə tutuldu- FOTO

Rok musiqisinin məşhur adlarından biri, 4 dəfə Grammy mükafatının sahibi “Heart” qrupunun solisti Enn Uilson xərçəng xəstəliyinə tutulub.   ...