DİN Şuşa “ASAN Xidmət”də vakansiya ELAN ETDİ

DİN Şuşa “ASAN Xidmət”də vakansiya ELAN ETDİ

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Şuşa “ASAN Xidmət” mərkəzində vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

 

DİN-dən Sfera.az-a verilən xəbərə görə, nüsabiqədə yaşı 20-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirmiş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum edilməmiş (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən, Şuşa, Xocalı və Xankəndi rayonlarında yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan qadın vətəndaşlar iştirak edə bilərlər.

 

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq, xarici dillərdən birini sərbəst bilən və kompüterlə işləmək qabiliyyətinə malik namizədlərə üstünlük veriləcəkdir.

 

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2024-cü il iyul ayının 25-dək iş günləri saat 10:00-dan 17:00-dək Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

- şəxsiyyət vəsiqəsi;
- təhsil haqqında sənədin əsli;

 

Əlavə məlumat almaq üçün əlaqə telefonu: (012) 590-64-41


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Tayvanı Çinin ayrılmaz bir hissəsi kimi tanıyır - BİRGƏ BƏYANNAMƏ

Azərbaycan Tayvanın Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır.   Sfera.az-ın məlumatına görə, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Ast...

Astanada Azərbaycan - Türkiyə - Pakistan arasında üçtərəfli görüş BAŞLADI

Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş nazir...

Vladimir Putin: "Azərbaycanla Rusiya arasında hər şey müsbət inkişaf edir"

Qarşılıqlı iqtisadi-ticari fəaliyyət üzrə əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir.   Sfera.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimi...

İlham Əliyev: "Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır"

Həm keçən il, həm də bu il əmtəə dövriyyəsinin artması ölkələrimizin iqtisadiyyatlarının fəal qarşılıqlı fəaliyyət göstərdiyini nümayiş etdirir.   Sf...

Azərbaycanla Çin arasında Birgə Bəyannamə qəbul OLUNDU

Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında st...

İlham Əliyevlə Putinin görüşü keçirildi - YENİLƏNDİ-2

İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.   Sfera.a...