İlham Əliyev: "Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir"

İlham Əliyev: "Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir"

28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərinin 1-2 ilə həll edilməsi çətindir.

 

Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib.

 

O qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara demək olar ki, dekabr ayında başlanılıb:

 

“Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi”.

 

Prezident İlham Əliyev vurğuladı ki, çünki bu, Azərbaycanın daxili məsələsidir.

 

“Beləliklə, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır gedir. Buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir”, - İlham Əliyev deyib.


OXŞAR XƏBƏRLƏR

Aleksey Overçuk: "Bakı və Moskva “Şimal-Cənub” nəqliyyat dəhlizi boyunca dəmir yolu əlaqəsinin inkişafını müzakirə edir"

Rusiya və Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu əlaqəsinin inkişafı məsələlərini müzakirə edir.   ...

Azərbaycan Çin vətəndaşlarına bir il müddətinə vizasız rejim tətbiq edəcək

Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejim tətbiq ediləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Şanxay Əməkdaşlıq Təşk...

Azərbaycan Tayvanı Çinin ayrılmaz bir hissəsi kimi tanıyır - BİRGƏ BƏYANNAMƏ

Azərbaycan Tayvanın Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır.   Sfera.az-ın məlumatına görə, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Ast...

Astanada Azərbaycan - Türkiyə - Pakistan arasında üçtərəfli görüş BAŞLADI

Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş nazir...

Vladimir Putin: "Azərbaycanla Rusiya arasında hər şey müsbət inkişaf edir"

Qarşılıqlı iqtisadi-ticari fəaliyyət üzrə əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir.   Sfera.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimi...

İlham Əliyev: "Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır"

Həm keçən il, həm də bu il əmtəə dövriyyəsinin artması ölkələrimizin iqtisadiyyatlarının fəal qarşılıqlı fəaliyyət göstərdiyini nümayiş etdirir.   Sf...