Azərbaycan və İsrail XİN rəhbərləri Qəzzanı MÜZAKİRƏ ETDİ

Azərbaycan və İsrail XİN rəhbərləri Qəzzanı MÜZAKİRƏ ETDİ

Xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin xarici işlər naziri İsrael Katz arasında telefon danışığı aparılıb.

 

XİN-dən Sfera.az-a verilən xəbərə görə, tərəflər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivlərini, beynəlxalq və regional məsələləri, Qəzza ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

 

Nazir Ceyhun Bayramov Qəzzada qısa müddət ərzində atəşkəsin əldə olunmasının, hər iki tərəfdən mülki əhalinin hədəf alınmamasının, İsrail-Fələstin münaqişəsininin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

 

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində 2024-2026-cı illəri əhatə edən sədrliyi çərçivəsində görülməsi zəruri olan işlər və planlar telefon danışığı zamanı nəzərdən keçirilib.

 

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədəki mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə məsələləri, habelə Azərbaycan-Ermənistan sülh prosesi barədə qarşı tərəfə ətraflı məlumat verib.

 

Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində iki ölkə arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Bayden Trampla olan debatı barədə: "Komandamı dinləmədim, az qala..."

ABŞ Prezidenti Co Bayden günlər sonra Trampla olan debatından və buradakı zəif performansından danışıb.   Sfera.az bildirir ki, Virciniya ştatının Ma...

Sus kəndində ilk körpə dünyaya gəldi - FOTO

Laçın rayonunun işğaldan azad edildikdən sonra yenidən salınmış Sus kəndində ilk körpə dünyaya gəlib.   Sfera.az-ın məlumatına görə, körpənin validey...

Azərbaycanda geoparklar yaradılacaq

Azərbaycanda ilk dəfə olaraq yeni növ beynəlxalq statuslu xüsusi mühafizə rejimli ərazilərin-geoparkların yaradılması və ölkəmizin YUNESKO-nun Qlobal Geoparklar...

AVRO-2024: 1/4 final mərhələsinin ilk iki görüşünün hakimləri açıqlandı

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsinin ilk iki görüşünün hakimləri açıqlanıb.   Sfera.az xəbər verir ki, İspaniya və Almani...

"İranın yeni prezidenti o olacaq, çünki Xamenei onu seçib" - ŞƏRH + FOTO

"İranda keçiriləcək ikinci tur prezident seçkilərinin nəticələrini indidən bilmək olar. Bu, Ali Dini rəhbər Seyid Əli Xameneinin müşaviri və dəstək ve...

Kəlbəcər meşəsində bəbir göründü - FOTO

“Son dövrlərdə, yəni işğaldan sonra bəbirləri ilk müşahidə edən əsgərlər olub. Bundan sonra ETSN, İDEA İctimai Birliyi və WWF tərəfindən aparılmış mütəmad...