Bayden seçkidən çəkilərsə, onu əvəz edə biləcək 3 potensial namizəd - ADLAR

Bayden seçkidən çəkilərsə, onu əvəz edə biləcək 3 potensial namizəd - ADLAR

ABŞ Prezidenti Co Baydenin rəqibi Donald Trampla ilk debatda zəif çıxış etməsi və sonrakı tənqidlər demokratları “alternativ namizədlər” haqqında düşünməyə vadar edib.

 

Sfera.az bildirir ki, ABŞ mediasının iddialarına görə, Ağ Evin rəhbəri birinci xanım Cil Bayden, kiçik bacısı Valeri Bayden və dostu 85 yaşlı Ted Kaufmanla namizədlikdən geri çəkilib-çəkilməyəcəyini müzakirə edəcək. Qeyd olunub ki, demokratların başqa namizədlə seçki prosesini davam etdirməsi yalnız Baydenin yarışı öz istəyi ilə tərk etməsi şərtilə mümkündür.

 

“Onu kimin əvəzləyəcəyi isə daha çox “Bayden tərəfdarlarının” qərarından asılıdır. Demokratlar avqustda keçiriləcək qurultayda namizədlərini rəsmən elan edəcəklər”, - Qərb mediası qeyd edib. Bildirilib ki, Bayden artan təzyiqlərə müqavimət göstərə bilməsə və namizədlikdən imtina edərsə, onu əvəzləyəcək ən çox ehtimal olunan üç ad var.

 

Bunlardan biri vitse-prezident Kamala Harrisdir -  Trampla Bayden arasındakı mübahisəli debatdan dərhal sonra keçirilən sorğuya görə, Demokrat seçicilərin əksəriyyəti Baydenin namizədliyini tərk edəcəyi təqdirdə Harrisin “ən yaxşı seçim” olacağını düşünür. Digər tərəfdən, Demokratlar arasında Harrisin kifayət qədər populyar olmadığını düşünənlər var. 

 

Digər rəqib ola biləcək adlardan biri 56 yaşlı Kaliforniya qubernatoru Qavin Nyusomdur – O, hazırda Demokratlar Partiyasının “yüksələn ulduzu” kimi görünür. Nyusom Baydenin ən böyük dəstəkçilərindən biridir. Lakin düşünülür ki, Kaliforniyada evsizlik, yüksək vergilər və artan mənzil xərcləri kimi problemlər seçki prosesi zamanı Nyusomun qarşısına maneə kimi çıxa bilər. Bu da seçicilərdə müəyyən narahatlıq doğurur.

 

Digər adlardan biri Mişel Obamadır - Co Baydenin yaşına görə doğru namizəd olub-olmadığı ilə bağlı müzakirələr gedən zaman bəzi demokratlar tərəfindən adı önə çəkilən şəxslərdən biri idi. Lakin mart ayında namizəd olmayacağını açıqlayan Mişel Obama Amerika mətbuatına verdiyi müsahibələrdə mühüm rol almaq istəmədiyini də bildirib. Adı çəkilən digər siyasətçilərdən fərqli olaraq aktiv siyasətin ona uyğun olmadığını deyib. Buna baxmayaraq, Mişel Obama ABŞ-də kütlə tərəfindən sevilən ad olduğu üçün Demokrat Partiyasının mümkün seçimlərindən biridir.

 

Qeyd edək ki, ötən gün Virciniya ştatında baş tutan seçki mitinqində Respublikaçılar Partiyasının namizədi Donald Tramp artıq Baydenin yerinə keçmə ehtimalı olan namizədləri tənqid etməyə başlayıb. Sözügedən siyasətçilərin “Baydendən də zəif” olduğunu iddia edən Tramp bunları deyib: Kaliforniya qubernatoru Qavin Nyusom Kaliforniyanı belə idarə edə bilmir,  heç kim vitse-prezident Kamala Harrisi istəmir, Mişel Obamanın sorğu nəticələri isə çox pisdir.  

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

YAP-ın iki məşhur deputatı seçkilərdə namizəd OLMAYACAQ - FOTO

VI çağırış Milli Məclisin deputatları Siyavuş Novruzov və Sevinc Hüseynovanın növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürülməyəcək.   ...

Növbədənkənar parlament seçkilərində YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlandı - YENİLƏNDİ

Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayən...

Astanada İlham Əliyevlə Vladimir Putinin görüşü BAŞLAYIB

Bu dəqiqələrdə Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilir.   ...

ABŞ-dən Şimali Koreyaya SƏRT XƏBƏRDARLIQ: "Məsələ ciddidir”

Pentaqon Şimali Koreyanın son raket sınaqlarına reaksiya verib.   Sfera.az bildirir ki, bu barədə Pentaqonun mətbuat katibi general-mayor Patrik Rayd...

Polis pendir oğurladı, işdən qovuldu - Maraqlı hadisə

Almaniyada pendir oğurlayan polis işdən qovulub.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyada bir yük maşınının aşması nəticəsində...

Türkiyə Ordusu İraqda əməliyyat keçirdi - Altı terrorçu öldürüldü

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində yeni əməliyyat keçirib.   Sfera.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Milli Müd...