Marin Le Penin "Milli Birlik" partiyası seçkilərin birinci raundunun qalibi oldu

Marin Le Penin "Milli Birlik" partiyası seçkilərin birinci raundunun qalibi oldu

İyunun 30-da Fransada parlament seçkilərinin birinci raundunun qalibi Marin Le Penin "Milli Birlik" (RN) partiyası olub.


Sfera.az xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.


Belə ki, ifrat sağçı "Milli Birlik" və müttəfiq sağçı partiyalar növbədənkənar qanunvericilik seçkilərinin birinci turunda 33,15% səslə qalib gəliblər.

 

Solçu partiyaların ittifaqı olan “Yeni Xalq Cəbhəsi” 27,99% səslə ikinci olub. Prezidentin mərkəzçi koalisiyası isə 20,04% səs toplayıb.

 

Məlumata görə, seçici fəallığı 66,71% təşkil edib ki, bu da 2002-ci ildən bəri ən yüksək göstəricidir .

 

Bildirilib ki, bəzi rayonlarda səslərin təkrar hesablanmasından sonra nəticələr bir qədər dəyişə bilər.

 

Xatırladaq ki, iyunun 9-da Fransa Prezidenti Emmanuel Makron Avropa Parlamentinə seçkilərdə prezidentin İntibah Partiyasının sarsıdıcı məğlubiyyətindən sonra Milli Assambleyanın buraxılması və növbədənkənar parlament seçkilərinin təşkili barədə qərarını açıqlayıb. Sonuncu dəfə aşağı palata 1997-ci ildə prezident Jak Şirak tərəfindən buraxılmışdı.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...