Üçüncü Dünya müharibəsi başlayarsa, Türkiyə hansı tərəfi seçəcək? - AÇIQLAMA

Üçüncü Dünya müharibəsi başlayarsa, Türkiyə hansı tərəfi seçəcək? - AÇIQLAMA

Ötən günlərdə Türkiyə Üçüncü Dünya müharibəsi ilə bağlı istənilən ssenariyə hazır olduğunu bəyan edib. Bu barədə ölkənin Müdafiə Nazirliyindəki mənbələr KİV-ə reaksiya ötürüb. “Türkiyə Silahlı Qüvvələri dinamik ordudur. Dünyanın bir çox regionlarında fəaliyyət göstərir. Biz həmçinin dünyanın bir çox yerlərində sülhü dəstəkləyirik”, - mənbələr qeyd ediblər.

 

Maraqlıdır, sözügedən ssenari baş verərsə, Türkiyə hansı tərəfdə olacaq?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Üçüncü Dünya müharibəsi kifayət qədər real təhlükədir. Onun sözlərinə görə, bunun əsas səbəbi dünyada gedən qütbləşmədir və fərqli ölkələr sürətlə öz tərəflərini seçirlər:

 

“Bu gün dünyanın fərqli regionlarında baş verən müharibələr, toqquşmalar heç də müstəqil deyillər. Yaxın Şərq, Mərkəzi Asiya, Cənubi Qafqaz, Şərqi Avropa və digər bölgələrdə baş verən hadisələr, o cümlədən gərginlik və döyüşlər bir- biri ilə sıx bağlıdır. Xüsusilə böyük güclər təsir gücü uğrunda bir-biriləri ilə ciddi mübarizə aparırlar. Bu rəqabət bir sıra hallarda həm də qarşılıqlı güzəştlə müşahidə olunur. Böyük güclər hazırda dünyanı yenidən bölüşdürməyə çalışırlar. Dünya xəritəsi yenidən tərtib olunur. Ehtimal olunan Üçüncü Dünya müharibəsinin əsas tərəflərindən biri, şübhəsiz ki, NATO və Rusiya olacaq. Türkiyə Alyans ölkəsi olmasına baxmayaraq, Rusiya ilə normal münasibətlərə malikdir”.

 

Ekspert bildirib ki, bəzi hallarda Ankara üçün Moskva daha yaxşı tərəfdaşdır, nəinki NATO ölkələri, o cümlədən rəsmi Vaşinqton:

 

“Belə olan halda Üçüncü Dünya müharibəsi başlayarsa, Türkiyə mümkün qədər təmkinli davranmağa və tərəf seçməməyə çalışacaq. Ankara bacardığı qədər balanslı siyasəti davam etdirəcək. Türkiyənin mümkün Üçüncü Dünya müharibəsi başlayacağı təqdirdə Rusiya tərəfində olması NATO-nun parçalanması üçün zəmin yarada bilər. Yəqin ki, Ankara bu ehtimalı da nəzərə alacaq”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

FHN:"Ötən sutka ərzində 34 yanğına çıxış olub, 4 nəfər xilas edildi"

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

İtaliya 20 milyard avro dəyərində tanklar alacaq

İtaliya "Rheinmetall" şirkətindən 20 milyard avro dəyərində 550-dən çox tank almaq niyyətindədir.   Sfera.az xəbər verir ki, bu barədə &quo...

“Bu şəxsin Putinə zəngi müharibəni dayandıra bilər” - Finlandiya prezidentindən AÇIQLAMA

Finlandiya prezidenti hesab edir ki, Çinin dövlət başçısı Si Cinpin Putinə bir zənglə münaqişəni həll edə bilər.   Sfera.az xəbər verir ki, Finlandiy...

İlham Əliyev Lukaşenkonu TƏBRİK ETDİ

Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib.   Sfera.az xəbər verir ki, təbrikdə deyilir:...

Azərbaycanın paragüllə atıcısı Serbiyada gümüş medal qazandı

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində təşkil edilən Dünya Reytinq Turnirində gümüş medal qazanıb.   Sfera.az A...

Ali Məhkəmənin adından istifadə edən bu şəxslərə cinayət işi açıldı

Ali Məhkəmənin Baş Prokurorluğa müraciəti əsasında dələduzluqda şübhəli bilinən üç nəfər barəsində cinayət işi başlanıb.   Sfera.az xəbər verir ki, b...