Emmanuel Makronun xanımı səs verərkən SƏHVƏ YOL VERDİ

Fransa prezidentinin həyat yoldaşı Bricit Makron parlament seçkilərində səs verərkən səhvə yol verib.
Sfera.az xəbər verir ki, bu barədə yerli "BFMTV" telekanalı məlumat yayıb.
Jurnalistlər bildiriblər ki, dövlət başçısı Emmanuel Makron və xanımı sahilyanı Le Tuke şəhərində səs veriblər.
Qaydalara görə, vətəndaş əvvəlcə səs verməli, sonra seçici siyahısına imza atmalıdır. Lakin B. Makron qaydanı unudaraq əvvəlcə seçici siyahısına imza atmaq istəyib.
Xanım Makron qələmi əlinə alan zaman seçki komissiyasının nümayəndəsi onun qarşısını kəsib. Seçki məntəqəsinin işçisi birinci xanıma bülleteni qutuya atmalı olduğunu xatırladıb. Buna cavab olaraq Bricit Makron gülümsəyərək ona verilən göstərişlərə əməl edib.
Qeyd edək ki, iyunun 30-da Fransada parlament seçkilərinin birinci turu keçirilib. İlkin məlumata görə, ən çox səsi sağçı Milli Mitinq partiyası alıb . Onu vətəndaşların 34,2%-i dəstəkləyib.İkinci və üçüncü yerləri sol partiyaların “Yeni Xalq Cəbhəsi” və “Respublika Naminə Birgə” prezident blokunun koalisiyası tutur. Onlara müvafiq olaraq ölkə sakinlərinin 29,1%-i və 21,5%-i səs verib.
Əzizə