Azərbaycan, Qırğızıstan və Çin arasında yeni layihə İMKANLARI

Azərbaycan, Qırğızıstan və Çin arasında yeni layihə İMKANLARI

"İB Group" Şirkətlər Qrupu, Çin və dünya metal sənayesinin liderlərindən olan "Baogang Group" (Baotou Steel Union Co., Ltd.) ilə strateji tərəfdaşlığı ilə yanaşı, dünyanın ən nəhəng investisiya şirkətlərindən olan "Avic International Holding Corporation"ın qlobal partnyorudur. 

 

Sfera.az xəbər verir ki, "İB Group" Şirkətlər Qrupu "Avic International Holding Corporation" ilə bir sıra MDB və Şərqi Avropa ölkələrində Avropa İnkişaf və Yenidənqurma Bankı ilə birgə beynəlxalq layihələr həyata keçirir. 

 

Məhz buna görə də "İB Group" Şirkətlər Qrupunun baş ofisi Çinin paytaxtı Pekində yerləşir. Bununla yanaşı, şirkətin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində də nümayəndəliyi fəaliyyətə başlayıb. MDB ölkələri üzrə məsul idarə isə Bakıda, Şərqi Avropa nümayəndəliyi isə Moldovanın paytaxtı Kişinyov şəhərindədir.

 

"İB Group" Şirkətlər Qrupunun rəhbərliyi, Qırğızıstanın paytaxtı Bişkek şəhərində Qırğızıstan Dəmir Yolları, Qırğızıstan Hava Yolları və Qırğızıstan Energetika Nazirliyi rəhbərləri ilə yüksək səviyyəli görüşlər keçirib.

 

Bu görüşlər zamanı Qırğızıstanın ən prioritet dövlət əhəmiyyətli layihələri haqqında ətraflı məlumat verilib, layihələrin icrası və maliyyələşdirilməsi üzrə konkret təkliflər müzakirə olunub.

 

Xüsusi olaraq, Qırğızıstan iqtisadiyyatının inkişafına dəstək ola biləcək strateji investisiya layihələrinin maliyyələşdirilmə imkanları geniş şəkildə dəyərləndirilib.

 

Görüş zamanı nümayəndə heyəti dövlətlərarası strateji əhəmiyyətindən danışaraq, Prezident İlham Əliyevin türk dövlətləri ilə bağlı siyasətinin regionda iqtisadi və siyasi əlaqələrin güclənməsinə böyük töhfə verdiyini vurğulayıb.

 

Bu siyasət çərçivəsində, Qırğızıstanla əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi, türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı faydalı əməkdaşlığın, əhəmiyyətini bir daha təsdiq edir. 

 

Bu görüşlərdə həmçinin Qırğızıstanın enerji sektorunun modernləşdirilməsi, dəmir yollarının genişləndirilməsi və hava yollarının infrastrukturunun gücləndirilməsi üçün nəzərdə tutulan layihələrə dair qarşılıqlı əməkdaşlıq perspektivləri də müzakirə edilib.

 

Onu da qeyd edək ki, sözügedən layihələr Azərbaycanın və Çinin benefisiarı olduğu "bir kəmər, bir yol" layihəsinin tərkib hissələridir. Və məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu layihələr, eyni zamanda  Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması kimi tədbirlər Türk Dövlətləri Birliyi ölkələrinin strateji inteqrasiyasına bir hissəsidir və TDB üzvləri arasında həm iqtisadi, həm də siyasi əlaqələrin daha da genişləndirilməsi üçün görülməsi zəruri olan tədbirlərdən biridir.

 

Azərbaycanın bilavasitə və ya özünün hüquqi şəxsləri ilə bu layihələrdə yer almağı, onun bütöv bir regionun inkişafında necə mühüm rol oynamasının göstəricisidir. Sonda "İB Group" Şirkətlər Qrupunun nümayəndə heyəti Azərbaycan - Qırğızıstan İnkişaf Fondu “AQİF”-in Bişkek ofisini ziyarət edərək keçirilmiş görüşlər və yeni imkanlara dair ətraflı məlumat verərək birgə fikir mübadiləsi aparılmışdır.

 




OXŞAR XƏBƏRLƏR

Kadırov qardaşı oğlunu Çeçenistan Təhlükəsizlik Şurasının katibi TƏYİN ETDİ

Hamzat Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının yeni rəhbəri təyin edilib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Çeçenistan R...

Zelenskaya 4,5 milyon avroya avtomobil aldı- FOTO

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya dünyanın ən bahalı idman avtomobillərindən birini - “Bugatti Tourbillon...

2 iyul - Azərbaycanda Polis Günüdür

İyulun 2-si Azərbaycanda Polis Günüdür. Azərbaycan Prezidentinin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. ...

İraqda İsveç vətəndaşı ölüm cəzasına MƏHKUM EDİLDİ

İraqda İsveç vətəndaşı məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum edilib.   Sfera.az "Dagens Nyheter" qəzetinə istinadən xəbər verir ki, bu...

Qazaxıstanda terror xəbərdarlığı "sarı" səviyyəyə QALDIRILIR

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının zirvə toplantısı ilə bağlı Qazaxıstanda, xüsusilə paytaxt Astanada , həmçinin Almatı, Kara...

Azərbaycanda bu kənd palçıq altında qalıb- Sakinlər köçürülür+VİDEO

Son günlər yağan intensiv yağışlardan sonra İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi baş verib.   Sfera.az xəbər verir ki, nəticədə kəndin ...