Ərdoğan iyulda NATO Liderlər Zirvəsinə QATILACAQ

Ərdoğan iyulda NATO Liderlər Zirvəsinə QATILACAQ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında intensiv diplomatiya proqramı həyata keçirəcək.

 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, prezident Ərdoğan 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçıları Zirvə toplantısında iştirak edəcək.

 

O, iyulun 6-da ölkəmizdə Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək.

 

Prezident Ərdoğanın iyul ayında sıx diplomatik səfərlərinin ən əhəmiyyətli sütunlarından biri ABŞ olacaq. Ərdoğan 9-11 iyul tarixlərində ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək NATO Liderlər Zirvəsinə qatılacaq.

 

İyulda keçiriləcək sammitlərdə Ərdoğanın həmkarları ilə çoxlu ikitərəfli görüşlər keçirməsi planlaşdırılır. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində atılacaq addımların da müzakirə olunacağı zirvələrdə prezidentin ən mühüm gündəm maddələrindən biri Qəzza olacaq.

 

Sammitlərdə Rusiya-Ukrayna müharibəsi, terrorizmlə mübarizədə əməkdaşlıq, iqtisadi və ticari əməkdaşlıq da müzakirə olunacaq.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Çin iqtisadi əməkdaşlığı müzakirə etdi - FOTO

Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev &...

"Bu, Moskvanı da narahat edir..." - Peskovdan Belarus və Ukrayna ilə bağlı AÇIQLAMA

Kremldən Belarusla sərhəddə yerləşdirilən Ukrayna qoşunları barədə açıqlama gəlib.   Sfera.az bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov da...

Azərbaycan və İsrail XİN rəhbərləri Qəzzanı MÜZAKİRƏ ETDİ

Xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin xarici işlər naziri İsrael Katz arasında telefon danışığı aparılıb.   XİN-dən Sfera.az-a ve...

"Sülh müqaviləsinin əsas prinsiplərini bir neçə aya yekunlaşdıra bilərik" - Prezident

"Zənnimcə sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik".   Sfera.az-ın məlumatına görə,...

Azərbaycanda vəzifəli şəxs İŞDƏN ÇIXARILDI - FOTO

Elm və Təhsil Nazirliyi ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabe qurumlarda növbəti dövri yoxlama tədbirləri çərçivəsində Dağlıq Şirvan Regio...

İlham Əliyev Kanada səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edib. &nbs...