Əslən azərbaycanlı olan Pezeşkiyan İranda seçkilərdə liderdir - İLKİN NƏTİCƏLƏR

Əslən azərbaycanlı olan Pezeşkiyan İranda seçkilərdə liderdir - İLKİN NƏTİCƏLƏR

İranda dünən keçirilən növbədənkənar prezident seçkilərindəki səsvermədən sonra bülletenlərin sayılması davam edir. 


Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, İran Daxili İşlər Nazirliyinin Seçki Mərkəzinin sözçüsü Möhsin İslami səsvermə qutularının gecə yarısı açıldıqdan sonra 14 milyon 70 min 642 səsin hesablandığını açıqlayıb. 


Səslərin 5 milyon 955 min 781-ni və ya 42,3 faizini islahatçı qanaddan olan keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan, səslərin 5 milyon 560 min 321-ni və ya 39,5 faizini İranın mənəvi liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili toplayıb. 


Məhəmməd Bağır Qalibaf  13,4 faiz səslə üçüncü, Mustafa Purmuhammedi isə 0,8 faizlə dördüncü yerdədir. Namizədlər birinci turda seçilmək üçün “50+1” faiz səs toplamalıdırlar. Birinci turda “50+1” faizdən çox səs toplayan namizəd olmazsa, ən çox səs toplayan 2 namizəd ikinci tura keçəcək və iyulun 5-də keçiriləcək ikinci turun qalibi 9-cu prezident olacaq. 


Qeyd edək ki, ən çox səs toplayan Məsud Pezeşkiyan əslən azərbaycanlıdır. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda 7-ci mərtəbədən yıxılan uşaq ÖLDÜ

Sumqayıt şəhərində hündürlükdən yıxılan uşaq ölüb.   Sfera.az verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən çoxmərtəbəli binaların biri...

Magistraturaya qəbul nəticələri bu tarixdə AÇIQLANACAQ - RƏSMİ

2024/2025-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən ixtisaslaşma seçimi başa çatıb. ...

Azərbaycan millisinin heyəti AÇIQLANDI

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsinin son iki turunda Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi o...

Azərbaycan XİN Somalini TƏBRİK ETDİ

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Somalini Milli Gün münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabı...

Daşıma şirkətləri xidmətlərinin qiymətini manatla göstərməli olacaq - FOTO

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədəki daşıma şirkətlərinə təqdim olunan xidmətlərin qiymətlərinin mana...

Bayden seçkidən çəkilərsə, onu əvəz edə biləcək 3 potensial namizəd - ADLAR

ABŞ Prezidenti Co Baydenin rəqibi Donald Trampla ilk debatda zəif çıxış etməsi və sonrakı tənqidlər demokratları “alternativ namizədlər” haqqında dü...