Belarus səfiri: "Lukaşenkonun səfəri ikitərəfli əməkdaşlığın inkişafına əlavə təkan verib"

Belarus səfiri: "Lukaşenkonun səfəri ikitərəfli əməkdaşlığın inkişafına əlavə təkan verib"

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri Bakı ilə Minsk arasında ikitərəfli əməkdaşlığın inkişafına əlavə təkan verib.

 

Sfera.az xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov Belarusun Müstəqillik Gününə həsr olunmuş tədbir zamanı deyib.

 

“Belarus Prezidenti Aleksandr Lukaşenkonun bu yaxınlarda baş tutmuş uğurlu səfəri təsdiq etdi ki, strateji tərəfdaşlığımız möhkəmlənəcək və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın dostluğu və qarşılıqlı anlaşması ənənələri əsasında fəal şəkildə inkişaf edəcək”, - o deyib.

 

A.Ravkov Belarus liderinin səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün güclü təkan olduğunu vurğulayıb.

 

Səfir qeyd edib ki, Belarusun faşist işğalından azad edilməsi üçün Azərbaycan hərbçiləri də döyüşüb, onlardan 12 nəfəri “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb: “Xalqlarımız sovet xalqının ümumi qələbəsinə mühüm töhfə verib. Bu baxımdan veteranlara xüsusi minnətdarlığımı bildirmək istəyirəm”.

 

Diplomat onu da əlavə edib ki, Belarusun faşist işğalından azad edilməsinin 80 illiyi şərəfinə xüsusi medal təsis edilib və bir sıra Azərbaycan vətəndaşları bu medalla təltif edilib.


OXŞAR XƏBƏRLƏR