Ceyms O’BraynQazax istiqamətindəki demarkasiya prosesini ALQIŞLADI

Ceyms O’BraynQazax istiqamətindəki demarkasiya prosesini ALQIŞLADI

"İstənilən sülh razılaşmasına nail olmaq olduqca çətindir".

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib:

 

“Müharibənin mirası inanılmaz dərəcədə bölücüdür və mən deyərdim ki, müəyyən səviyyədə etibar tərəflər arasında əsas məsələdir. Fikrimcə, indiki administrasiyalar yaxşı ünsiyyət və güclü iş əlaqələri qura biliblər".

 

Ceyms O’Brayn qeyd edib ki, son sərhəd tənzimləməsi, hər iki tərəfin demarkasiyanın əsasını təsdiqləməsi əhəmiyyətli, irəliyə doğru bir addım idi.

 

“Artıq qeyd etdiyim kimi, Ermənistan açıq-aşkar Azərbaycan ərazisində olan dörd kəndi geri qaytarmaq addımını atdı ki, bu da cəsarətli addımlar atmağa hazır olduğunu göstərir. Hətta ölkə daxilində bəzi siyasi bədəllər bahasına olsa belə, bu hərəkətlər inam yaratdı və bu addımları atmaq vacibdir. Mən bilirəm ki, Ermənistan və Azərbaycan cəmiyyətləri yetkindir, hər iki cəmiyyət şimaldan böyük dövlətin onların normallaşma prosesinə münasibət bildirməməsi ilə bağlı qərarlarını çox aydın ifadə ediblər. Sülhlə bağlı qərarı özünüz verin, amma bu çox uzanarsa, Rusiyaya regionda problem yaratmağa cəhd etmək imkanı verir. Ona görə deyərdim ki, hazırda etibarın yaradılması, tərəflərin sürətlə irəliləməsi vacibdir. Sürətlə gedin, amma tələsməyin, diqqətli olun”, - o deyib. (apa)


OXŞAR XƏBƏRLƏR