Milli Məclisin növbədənkənar sessiyası BAŞA ÇATDI

Milli Məclisin növbədənkənar sessiyası BAŞA ÇATDI

Milli Məclisin növbədənkənar plenar iclası başa çatdı.


Sfera.az xəbər verir ki, bununla bağlı VI çağırış Milli Məclisin növbədənkənar sessiyasının 28 iyun 2024-cü il tarixli son plenar iclasında spiker Sahibə Qafarova məlumat verib.

 

“İyunun 7-də başlayan növbədənkənar sessiya dövründə Milli Məclisdə 5 iclas keçirilib, 31 qanun və qərar qəbul edilib, 1 ictimai dinləmə keçirilib. Milli Məclis öhdəsinə düşən vəzifələri ən yaxşı şəkildə yerinə yetirib. Milli Məclisin 14 deputatı 17 ölkəyə səfər edib, 96 nəfər xarici qonaq Milli Məclisdə qəbul edilib. Milli Məclis növəbədənkənar sessiyanı başa çatdırır”, - sədr bildirib.

 

Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclas Dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR